Şəfasını İmam Rzadan (ə) yuxuda alan xəstə
Mьəllif: admin1
Tarix: 22-06-2021, 11:03
Şəfasını İmam Rzadan (ə) yuxuda alan xəstə

İmam hicri tarixi ilə 200-cü ilinin ortalarında Məmunun əmri ilə Mədinədən Mərvə sürgün edilir. Yol əsnasında imamdan bir sıra hədislər nəql olunur və kəramətlər görünür.

Səfər zamanı İmam Rzadan görünən kəramətlərdən biri Əlamul-Vura əsərində belə qeyd edilib:

" Səfvani kimi tanınan Abdullah ibni Əbdurrahman deyir: Xorasandan Kermana tərəf bir karvan hərəkət edirdi. Bu karvanda bölgənin varlı adamlarından biri var idi.

Yarı yolda quldurlar karvana hücum edib, onların əmlakını çapıb, talayırlar. Karvan camaatına əziyyət verən quldurlar varlı kişini yerə yıxıb ağzını buzla və qarla doldururlar. Bir müddət bu vəziyyətdə qalandan sonra kişi danışıq qüvvəsini itirməyə başladı.

O imam Rzanın Xorasana gəldiyini və Nişabura çatdığını eşitmişdi. Kerman yolunda olarkən bir gecə yuxuda imamı görür. Yuxuda imamın xidmətinə yetişən varlı şəxs imamdan şəfa istəyir. İmam isə ona "get, biraz nanə, biraz cirə və düz götür onları qarışdırıb bir neçə dəfə ağzına tök, şəfa taparsan” deyir.

Kişi bu yuxuya əhəmiyyət vermir və səhər karvanla yoluna davam edirək, Nişabura çatır. Nişabura daxil olanda ona deyirlər ki, İmam Rza buranı tərk edib və Rubat-Səd yolundadır. Onun fkrinə gəldi ki yaxında imişkən imamın xidmətinə yetişsin.

O imamın yanına çatıb onunla görüşəndə birtəhər öz vəziyyətini anlatdı.

İmam buyurdu: "Bəs mən yuxunda dərdinin dərmanını sənə demədimmi?! İndi get və məni dediyim kimi əməl elə!”

Varlı şəxs imamdan yenidən həmin dərmanı istədi. İmam buyurdu: "Biraz nanə, biraz cirə və düz götür onları qarışdırıb bir neçə dəfə ağzına tök, şəfa taparsan”

Daha sonra varlı kişi deyərdi. Mən onu istifadə etdim və tez şəfa tapdım.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930