Peyğəmbər (s) hansı yeməkləri yemirdi?
Mьəllif: admin1
Tarix: 6-07-2022, 09:33
Peyğəmbər (s) hansı yeməkləri yemirdi?
Peyğəmbər (s) yeməyi isti-isti yemirdi və onun soyumasını gözləyirdi.

Peyğəmbərin (s) qarşısına isti yemək qoyulduqda o həzrət (s) buyururdı: "Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir”.

Ənəs deyir: Peyğəmbər (s) heç vaxt yeməyi pisləmədi. Bir yeməyi bəyənirdisə, onu yeyirdi və əgər xoşlamırdısa, yemirdi.

Peyğəmbər (s) sarımsaq, soğan, kəvər, məğafir (ağacın axmış şirəsidir. Bu şirin dadlı olsa da, çox pis iyli şirədir. Botanikada buna "kitrə" deyilir) yemirdi. Çünki onun iyi ağızda qalır.

Peyğəmbər (s) çox sadə süfrələr başında əyləşirdi, heç vaxt gəyirmirdi, azad və qul insanların dəvətini qəbul edirdi, hətta ayaq və qarından hazırlanmış olsa da.

Bir içim süd də olsa hədiyyəni qəbul edirdi və onu içirdi. Amma sədəqə qəbul etmirdi.

Ayətullah əl-üzma Amuli, "Məfatehul-həyat” kitabı
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930