İnsandan alınmış tövfiqatı ona qaytaran zikr
Mьəllif: admin1
Tarix: 3-08-2016, 22:33
İnsandan alınmış tövfiqatı ona qaytaran zikr
Tanınmış Əxlaq Ustadı Ustad Fatimi-Niya söhbətlərinin birində Couşən Kəbir münacatında gələn “Ya Muqiləl-Əsərat” parçası haqda söhbət edərkən bu zikrin mənalarına və faydalarına toxunub.

Əxlaq ustadı buyurub ki mənəvi tövfiqatı ondan alınmış bir bəndə bu zikri təkrarən oxusa əvvəlki məqamına qayıda biləcək.

Bəs bu zikrin mənası nədir?

Əxlaq ustadı buyurub:

“Ya Muqiləl-Əsərat” Ey eybləri görməyən (görməməzlikdən gələn və onlara fikir verməyən) Allah kimi tərcümə edilir. İqalə ərəb dilində alış verişə də aid edilir. Məsələn bir evin alqı satqısından sonra satıcı peşman olsa və onu geri qaytarmaq istəsə, bu zaman evi alan baş tutmuş alqı-satqını görməməzlikdən gələrək, evi qaytarsa bu çox savab işdir. Amma bəzən elə alıcılar olur ki alqı-satqıdan az keçməmiş peşman olmuş satıcıya “ bunu yenidən sənə sata bilərəm deyir” və fürsətdən istifadə edərək, əlavə gəlir əldə etmək istəyir. Belə insan Muqil deyil. Amma Allah muqildir yəni görməməzlikdən gələndir. Biz hər nə etsək belə o eyblərimizi görməmiş kimi davranır.
Biz “Ya Muqiləl-Əsərat” zikrində də eyblərimizi görməyən (görməməzlikdən gələn) Allahdan istəyirik ki, bizə güzəştə getsin eyblərimizə görə bizə cəza verməsin, özünü görməməzliyə vurub, onu ört-basdır olmuş kimi etsin. Bu zikr insandan səlb edilmiş tövfiqatı ona hökmən qaytarar”.islaminsesi\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930