Məstedicilərin növləri İmam Əlinin (ə) bəyanında
Mьəllif: admin1
Tarix: 3-08-2016, 17:30
Məstedicilərin növləri İmam Əlinin (ə) bəyanında
Məstedici dedikdə birinci növbədə spirtli içkilər və narkotik maddələr kimi məstedici maddələr yada düşür. Quranda və hədislərdə buyurulduğu kimi bir sıra məhsulların qəbulu onların məstedici xassəsinə görə haram buyurulur. Burada məst edicilik fizioloji və bioloji baxımdan təsirlidir.

Amma söhbət mövzusunda olan isə insanı mənəvi baxımdan məst edən, onu qəflət yuxusuna aparan amillərə deyilir.

İmam Əli (ə) buyurur:

“Aqil insan yaxşı olar ki, mal-dövlətin məstliyindən ehtiyatlı olsun. O, qüdrətin, elmin, məddahlığın, və gəncliyin məstliyindən də ehtiyatlı olmalıdır. Bunların hərəsinin bir xəbis yeli vardır ki, insanın ağlını əlindən alar və mətinliyini və vüqarını yüngülləşdirər”

Burada mal-dövlətin məstliyi dedikdə Qurani-Kərimdə Ələq surəsinin 6-7 -ci ayələri yada düşür.

Uca və hikmət sahibi olan Allah buyurur:

“Xeyr, insan özünün varlı olduğunu gördükdə azğınlıq edər”

Burada qüdrətin məstliyi təkəbbürün, zülmün gəlməsi ilə nəticələnər. Elmin məstliyi nəticəsində insanda lovğalıq və ücb yarana bilər. Gəncliyin məstliyi isə insana ölümü unutdurar.islaminsesi\

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031