“Cəmiyyətdə sələm artdıqca, Allah unudular...
Mьəllif: admin1
Tarix: 16-10-2019, 19:15
“Cəmiyyətdə sələm artdıqca, Allah unudular...

“Cəmiyyətdə sələm artdıqca, Allah unudular... Dostlarım şərabı və qumarı unutmasınlar...” – Şeytanın (lən) qovulan zaman yazdığı məktubdan
Şeytan (lən) dərgahdan qovulan zaman sağollaşmaq üçün məktub yazır.

Bu məktubda deyilənlər hər bir insan üçün ibrət ola bilər. İnsan gərək elə yaşasın ki, şeytan kimi İlahi qəzəbə düçar olmasın və rəhmətindən uzaqlaşdırılmasın. Şeytanın ərşdəki sağollaşması onun zillət və xarlığını göstərirdi. Başıuca olmaq o kəslərə aiddir ki, daima ərşlə rabitədədirlər.

“Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tövhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır. Onların hiylələri puç və təsirsizdir”. (“Fatir” 10).

Şeytanın məktubunun mətni belədir: “O gün ki, Allahın əmri ilə xəlq oldum, heç bir zaman təsəvvür etmirdim ki, bu məqama çata biləcəyəm. Bu, elə məqamdır ki, bəyan olunmağa ehtiyacı yoxdur. Hamı onu yaxşı bilir.

Peyğəmbərə (s) dördüncü səmada olan minbərlə bağlı belə sual verdim: “Ya Rəsulallah! Dünən gecə ki, meraca təşrif aparmışdınız, dördüncü səmada Beytul-müəmurun sol tərəfindən sınmış, yanmış minbər var idi. O minbəri tanıdınız və başa düşdünüz ki, kimindir?”.

Həzrət (s) buyurdu: “Xeyr! O minbər kimindir?”.

Şeytan deyir: O minbər mənimdir və onun sahibi idim. Yuxarısında əyləşir və mələklər minbərimin aşağısında hazır olurdular. Onlar üçün Həzrət Mənnanın bəndəlik yollarından danışırdım. Mələklər mənim bəndəliyimdən və ibadətimdəm təəccüb edirdilər. Nə zaman təsbih əlimdən düşsə idi, neçə min mələk ayağa qalxar, təsbihi öpüb, mənim əlimə verərdilər.

Ancaq həyatımda baş verən böyük hadisə səbəb oldu ki, İlahi dərgahı həmişəlik tərk edim. Əgər bu hadisə baş verməsəydi, məqamım günü-gündən yüksəlirdi. İndi məlum deyil ki, İlahi qürbün hansı məqamında olardım.

O hadisə o zaman baş verdi ki, bir gün Allahla mələklərin söhbətinə şahid oldum. O məxluqun xəlqindən söhbət gedirdi ki, şən və məqam baxımından məndən və mələklərdən üstün idi. Hələ gəlməmiş, ondan Allahın canişini kimi danışırdılar.

Xülasə, məndən istənildi ki, Adəmə (ə) səcdə edəm. Mən də bu neçə min il ibadətimə görə bu işi görə bilmədim və ona görə də İlahi dərgahdan qovuldum.

İndi bütün keçmiş xatirələrimlə sağollaşıram və mənim yolumu davam etmək istəyənlər üçün bu məktubu yazıram. Əgər bu məktuba əməl etsələr, müvəffəqiyyət sizin intizarınızda olar.

Bütün tərəfdarlarımdan istəyirəm ki, onlara tövsiyə etdiyim işlərdə mənim davamçım olsunlar. İcazə verməsinlər ki, mənim adım unudulsun.

Hamıdan istəyirəm ki, cəmiyyətdə adımın yüksəlməsi üçün sələmi və sağlam olmayan iqtisadiyyatı unutmasınlar. Çünki cəmiyyətdə sələm artdıqca, Allah unudular. Bu, mənim əsil istəyimdir.

Öz dostlarımdan istəyirəm ki, həyatda rahatlığa çatmaq üçün şərabı və qumarı unutmasınlar. Çünki bu ikisi sizin inkişaf etməyinizə səbəb olacaqdır. Əgər mənə yaxın olmaq istəyirsinizsə, şərab için. Çünki belə olan zaman mənim gəlinim olarsınız.

Sizə tövsiyəm budur ki, heç bir zaman yoxsullara əl tutmayasınız. Çünki əgər belə etsəniz, özünüz yoxsul olarsınız. Sizə heç kəs yardım etməz.

O kəslər mənimlə qardaş ola bilər ki, israf əhli olsun. Ona görə də ömrünüzü və cavanlığınızı boş işlərlə hədər verin və israf edin.

Quran mənim çirkin planlarımın üstünü açsa da, onları mənim dilimdən də dinləyin.

«Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (“Maidə” surəsi);

“Allahın (ruh və cisimdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm”. (“Nisa” 119).

Bunu etiraf edim ki, beş nəfər vardır ki, əlim onlara çatmır:

1. O kəs ki, düzgün niyyətlə Allaha pənah aparar və bütün işlərində Ona təvəkkül edər.

2. O kəs ki, gecə və gündüz Allahı çoxlu təsbih edər.

3. O kəs ki, mömin qardaşı üçün onu bəyənər ki, özü üçün bəyənir.

4. O kəs ki, ona müsibət üz verən zaman taqətsizlik etməz.

5. O kəs ki, Allahın qismət etdiyinə razı olar və ruzisinin qəmini yeməz.

Ümid edirəm ki, fəsad bütün cəmiyyəti bürüyər və hamı belə bir fəsad cəmiyyətində yaşayar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930