Özümüzü Məhəmməd Peyğəmbərə (s) necə bənzədə bilərik?
Mьəllif: admin1
Tarix: 29-07-2016, 18:32
Özümüzü Məhəmməd Peyğəmbərə (s) necə bənzədə bilərik?
"Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir"

Bu Quran ayəsidir. İslam ümmətindən bütün əməllərdə Məhəmməd Peyğəmbərə iqtida etmək əmr olunub. İnsanlar ibadətlərin keyfiyytində və miqdarında ona iqtida etməlidirlərsə, əxlaq və kütlə ilə davranmaqda da ona iqtida etməlidirlər. Onun bütün işləri bizim üçün kamil bir nümunədir.

Əhli-Beyti və imamlar arasında zahiri görünüş baxımından o həzrətə bənzər olanlar var idi. Xüsusilədə İmam Həsən və İmam Hüseyn. Rəftar cəhətdən isa Əhli-Beyt onun əsas bənzəri və davamçısıdır.

Bəs rəftar baxımından ona bənzəmək üçün bizlər hansı sifətlərə yiyələnməliyik?

Bu barədə həzrət Peyğəmbər buyurur:

“Kimlərin mənə daha çox oxşaması barədə sizi xəbərdar edimmi? Səhabələr buyurdu: Əlbəttə ey Allahın Elçisi. Buyurdu: Sizin ən gözəl əxlaqa sahib olanınız, nəcabətliniz, qohum-əqraba ilə xoş rəftar edəniniz, din qardaşlarını daha çox sevənləriniz, haqqa göra daha çox dözümlü və səbirli olanınız, qəzəbini daha çox boğanınız, dah tez əfv edən və güzəştə gedə biləniniz, qəzəb və razılıq halında insafa riayət edəniniz. (Bu şəxslər mənə daha çox bənzəyərlər)”.islaminsesi\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930