Saleh əməl üçün ilahi yardımın əldən verilməsi
Mьəllif: admin1
Tarix: 21-06-2021, 10:52
Saleh əməl üçün ilahi yardımın əldən verilməsi

Günah insanı xeyir əməl tövfiqindən məhrum edirsə, bunun əsası var.

Kimsə şübhə etmir ki, günah günah gətirir, savab savaba səbəb olur. Şər iş öz ardınca şər, xeyir iş öz ardınca xeyir gətirir.

Allah-təala buyurur: “Qəlbi xəstə olanlar çirkinlik üzərinə çirkinlik artırar və kafir ölər.” (Tövbə surəsi, ayə 124.)

Demək, günah insanı xeyir əməl tövfiqindən məhrum edirsə, bunun əsası var. Peyğəmbər (s) və imam Sadiqdən (ə) nəql olunmuş iki rəvayət hər günahın ardınca savabın tərk olunduğunu bəyan edir.

İmam Sadiqin (ə) təbirincə, günahın insan şəxsiyyətinə təsiri bıçağın ətə təsirindən daha rəvan, daha asandır.

Həzrət Peyğəmbər (s) buyurur: “Günahlardan uzaq olun. Çünki günahlar xeyir işləri məhv edir. (Buna görə də bəzən) günaha batan bəndə öyrəndiyi elmi yaddan çıxarır.

Bəzən bəndə günah səbəbindən gecə ibadətinə müvəffəq ola bilmir. Bəzən isə insan yol verdiyi günaha görə həmişə dad duyduğu nemətin dadından məhrum olur.” (İddətud-dai, səh.151.)

İmam Sadiq (ə) buyurur: “Həqiqətən, bəzən bəndə günaha batdığından gecə namazından məhrum olur. Doğrudan da, pis əməl öz sahibinə bıçaq ətə təsir etdiyindən də sürətli təsir edir.” (Bihar, 73-cü cild, səh.330.)

Məsum İmamlardan belə nəql olunur: “Allaha bəndəlik yolunda çox ciddi və çalışqan olun. Əgər əməl etmirsinizsə, günaha da yol verməyin.

Tikdiyini uçurmayanın tikilisi tədricən ucalır. Amma tikdiyini uçuran şəxsin tikilisi heç vaxt yuxarı qalxmır.” (Bihar, 80-cı cild, səh.286.)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930