Namazları başlarından yuxarı qalxmayan şəxslər
Mьəllif: admin1
Tarix: 27-07-2016, 11:25
Namazları başlarından yuxarı qalxmayan şəxslər
Bu insanların namazları başlarının üzərindən bir qarşı belə yuxarı qalxmaz və Allah dərgahında qəbul olmaz.
İslaminSesi – Namazın qəbul olma şərtlərini araşdırdıqda, bu şərtləri aşağıdakı kimi təsəvvür etmək olar:

1-Etiqad şərti.

2. Vilayət şərti.

3. Əxlaq şərti.

4. İqtisadi şərt.

5. İctimai şərt.

6. Gigiyena şərti

Etiqad şərti dedikdə Allaha və onun ədalətinə inam başda durur. Peyğəmbərlik, və qiyamətin olmasına inam əsas şərtlərdəndir.

Bəzi şərtlər təmizlik və dəstəmaz və qüsl kimi təharət məsələlərinə aiddir.

Burada köklənmək istədiyimiz məsələ əxlaqi və ictimai şərtlərdir.

Əxlaqi və İctimai şərti dedikdə nə nəzərdə tutulur?


Burada əsasən namaz qılanın insanlarla ictimaiyyətdə və ailədəki rəftarı nəzərdə tutulur.

Məhəmməd Peyğəmbər buyurub:

“Üç qrup var ki onların namazları başlarının üzərindən bir qarşı belə yuxarı qalxmaz. Tayfasının acığı gəldiyi insan (Yəni rəftar və əxlaqına görə ətrafdakıları ona ikrahla münasibət bəsləyir), Ərinin ona qarşı qəzəbli olduğu qadın, Bir-birindən küsən iki qardaş (qardaş, dost)”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031