Behişt haradadır? Bu dünyada behişt düzəltmək üçün nə lazımdır?
Mьəllif: admin1
Tarix: 27-07-2016, 11:22
Behişt haradadır? Bu dünyada behişt düzəltmək üçün nə lazımdır?
Sizin nəzərinizə görə, behişt haradadır?
Hər bir insan behiştin adını eşidən kimi gözünün qarşısında bol sulu, çoxlu yaşıl ağaclı, xürrəm bir yer canlanır. Elə bir yer ki, insan heç bir çətinlik, əzab və əziyyət çəkməyəcəkdir. Behişt o yerdir ki, orada çoxlu və rəngarəng nemətlər vardır ki, öləndən sonra möminlərə təqdim ediləcəkdir.
Behiştin nemətlərindən ən əhəmiyyətlisi – təhlükəsizliyin olmasıdır. “Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır”. (“Ənam” 127). Təhlükəsizlik nemətinin nə qədər böyük və əhəmiyyətli olduğunu o kəslər daha çox dərk edirlər ki, qorxulu məkanlarda, zülm altında, düşmənin yaxınlığında və müharibə zonalarında yaşayırlar.
Behişt elə bir yerdir ki, orada əzab və əziyyət yoxdur. «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər». (“Fatir” 35).
Behiştdə dörd bulaq axar. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır”. (“Muhəmməd (s)” 15).
Hurul-eyn – behiştin aramlıq vasitələrdəndir. “(Onların halı) belədir. Və onları hurul-eyn (cənnət qadınları) ilə evləndirərik”. (“Duxan” 54).
Sənin nəzərincə, sənin behiştin haradadır? Bol meyvələr bağlar, insana aramlıq verən həyat yoldaşı elə bu dünyada da ola bilər. Mühüm odur ki, əgər bütün bunlara malik olsan, qəlbin xoş olsun və onların qədrini biləsən, onlara görə şükür edəsən. Behişt o yerdir ki, orada Məhbub olar və orada qəm və qüssə yoxdur. Behişt – ancaq Məhbubun yanında behiştdir. Necə ki, İmam Hüseyn (ə) Aşura günü Məhbubun yanında olmağı dünyadan üstün bildi və behiştin həqiqi mənasını bütün hüceyrələri ilə hiss etdi. Bəli, behişt o zaman behiştdir ki, Məhbubla birlikdə olsun. (Tebyan)
“(Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür. (Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər)”. (“Yasin” 58). Behişt əhli ora daxil olan zaman Allahın salamı ilə qarşılanarlar. Əli ibn İbrahim bu ayənin təfsirində yazır: “Bu salam, həqiqi möminlərə aid olub, Allah tərəfindən aman mənasında onlara nazil olar ki, onun kölgəsində cavidan yaşayacaqlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “O halda ki, behişt əhli behişt nemətlərinə qərq olacaqdır, başlarının üstündə nur aşkar olacaqdır. Allahın lütf nuru ki, onlara kölgə salar. O zaman bu nida yüksələr ki, salam olsun sizə, behiştlilər”. Allahın lütfü onları o qədər özünə cəlb edəcəkdir ki, Allahdan başqa hər şeydən qafil olacaqlar. Bütün behişt nemətlərini unudacaqlar. O zaman behişt, həqiqi behişt olacaqdır. Çünki orada Məhbub vardır.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930