Müztər kimdir? Niyə Allah Təala müztərin duasını yerinə yetirir?
Mьəllif: admin1
Tarix: 20-07-2016, 22:36
Müztər kimdir? Niyə Allah Təala müztərin duasını yerinə yetirir?
“(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs?”. (“Nəml” 62).
Bu ayədə adı çəkilən müztər sözünün lüğətdəki mənası çarəsiz və əlacsız deməkdir. Yəni, o kəs ki, çarəsizlik onu əhatə etmişdir, ona müztər deyilir.
Bu ayədə adı çəkilən darda qalan kimsə müztərdir. Allah Təala bu insanın duasını və hacətlərini yerinə yetirər. Bu insan dua edən zaman ona görə duası qəbul olur ki, müztər halında olur. O zamana qədər ki, insan çarəsiz olmaz, duası həqiqət libasına bürünməz.
Bu şəraitdə olan hər bir insan dünyada olan hər şeydən əlini üzər. Sadəcə Allaha diqqət edər və ondan xaliscəsinə istəyər. Allaha xalis dua etdiyi üçün də, Allah həmin hacətini yerinə yetirər.
Baxmayaraq ki, Allah Təala başqa şəraitlərdə olan duaları da qəbul edir, ancaq bu ayədə müztər sözünün üzərinə dayanır. Çünki duanın qəbul olmasının şərtlərindən biri də budur ki, insan ətrafında olan hər şeyə göz yumsun və bütün qəlbi və ruhu ilə Allaha diqqət etsin. Hər şeyi Ondan bilsin və hər bir çətinliyin açarının Onun ixtiyarında olduğuna inansın. Bu halı dərk etmək insanı müztər edər. Yəni, insanın əli maddi dünyadan üzülər və çarəsiz olar.
Bu ayədə adı çəkilən müztər sözü bəzi hədislərdə İmam Zaman ağaya (ə.f) işarə edir. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Allaha and olsun ki, sanki mən Məhdini (ə.f) görürəm ki, arxasını Həcərul-əsvədə söykəmiş və Allahı çağırır. Allaha and olsun ki, Allah kitabında olan müztər odur”.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Bu ayə Məhdi (ə.f) haqqında nazil olmuşdur. Allaha and olsun ki, müztər odur. O zaman ki, İbrahim məqamında iki rükət namaz qılacaqdır və əllərini Allaha Təalaya tərəf qaldıracaqdır – duasını yerinə yetirəcəkdir, narahatlıqlarını aradan aparacaqdır. Onu yer üzündə xəlifə qərar verəcəkdir”. (İslami saytlara istinadən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031