Mükaşifə aləmində məhbus olmaq
Mьəllif: admin1
Tarix: 15-07-2016, 10:09
Mükaşifə aləmində məhbus olmaq
Böyük alim və arif Ayətullah Həsənzadə Amuli mükaşifələrinin biri haqqında deyir:
Hər gün sübh namazından sonra “Allah” zikrini xüsusi sayda deyirdim. 1384-cü il mordad ayının 5-də (m. 27/7/2005) atrıq 40-cı gün idi. Gecə nafilələrini və sübh namazını qıldıqdan sonra qeyd etdiyim zikrimə başladım. Zikri tamamladıqdan sonra diqqətlə oturmuşdum. Birdən mən cazibə və başqa hala düşdüm.

Bədənimdən səs çıxır və titrəyirdi. Sanki iri daşlar və hamar olmayan bir yolda traktor gedirdi. Gördüm ki, canım bədənimdən ayrıldı və yüksəldi. Amma yuxu aləminin bədəni misalında bir bədəndir və bir qədər yuxarı qalxdı.

Gördüm, bir evin ortasında qapısı bağlı otaqda qalan, o tərəf, bu tərəfə özünü vuran, amma çıxmağa yol tapa bilməyən quş kimiyəm. Təqribən 15 dəqiqə belə giriftar oldum və o tərəf, bu tərəfə qaçırdım. Gördüm ki, bu evdə məhbusam və eşiyə çıxa bilmirəm. Özünü görmədiyim bir nəfərin səsini eşitdim. O mənə deyirdi: “Bu məhbus olmağın çox və yersiz danışmağına görədir. Nə üçün sözlərinə diqqət etmirsən?!”

Mən o halda qurtulmaq üçün bir neçə dəfə Mütəal Allahı Peyğəmbəri-Xatəmə (s) and verdim, ağlamağa başldım. Birdən gözüm evin şimal tərəfinə düşdü. Gördüm, bir nəfərin çıxa biləcək həddində qapı açıldı. Oradan eşiyə çıxdım. Oradan da şərq səmtinə uçdum, sonra yenidən qiblə səmtinə yönəldim.
Həbsdən qutrulduqdan, yəni evdən qırağa çıxdıqdan sonra, həmin evi çox böyük və əzəmətli gördüm. O ev bağın ortasında tikilmişdi. Bağın sonu yox idi və orada müxtəlif ağaclar ağ çiçəklərlə dolu idi. Mən ömrümdə belə bir mənzərə görməmişdim.

Gördüm, ağacların hündürlüyü qədər havada seyr edirəm. Belə ki, bədənimin ön hissəsi tamamilə səmaya tərəfdir, arxa tərəfim isə yerə tərəfdir. Öz iradəm, himmətim və fərmanımla enib-qalxıram. Mütəal Allahı Peyğbəmbəri-Xatəmə (s) və bütün peyğəmbərlərə (ə) and verdim ki, mənim üçün həqiqət açılsın. Elə həmin halda özümə gəldim.

O bir neçə dəqiqə məhbus olmaq, məndə çox pis təsir qoydu. Belə ki, bədənim yorğun və əzgin olmuşdu, başım və çiyinlərim bərk ağrıyırdı, ürəyim bərk döyünürdü.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930