Ayətullah Safi: “Bəqini bərpa etmək istəyənlərdənik”
Mьəllif: admin1
Tarix: 20-05-2021, 22:55
Ayətullah Safi: “Bəqini bərpa etmək istəyənlərdənik”
1344-cü ilinin şəvval ayının 8-də Məsum İmamların (ə) Bəqi qəbiristanlığında olan qəbirləri dağıdılmışdı. Böyük mərcəyi-təqlid Ayətullah Safi Gülpayiqani bu günlə bağlı müraciət vermişdir.

Alim buyurmuşdur: “Şəvval ayının 8-i – böyük və tarixi cinayətin baş verdiyi gündür ki, İslam tarixinə nəhəng ziyanlar vurmuşdur.

Bu gün beynəlxalq bir gündür. Gərək dünyanın bütün müsəlmanları və Əhli-Beyt (ə) davamçıları bu günü qeyd etsinlər və bu gündə baş verən hadisəni məhkum etsinlər.

Bəqinin dağıdılması beynəlxalq bir məsələdir. Hamı gərək bir səslə onu pisləsin. Əlbəttə, ən çox mühüm olan şey – İmam Həsən Müctəbanın (ə) və başqa İmamların (ə) qəbirlərinin dağıdılmasıdır.

O, elə bir şəxsiyyət idi ki, hamı onu Peyğəmbər (s) tərəfindən məhbub hesab edildiyinə görə, ikinci şəxs kimi tanıyırdılar. İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) – hamısı müqəddəs zatdırlar.

Həzrət Peyğəmbərin (s) itrətinə və Qurana bütün firqələr tərəfindən ehtiram olunur. Elə bir İslami firqə yoxdur ki, İmam Həsən Müctəba (ə) onların yanında ehtiram olunmasın.

Həqiqətdə İslam düşmənlərinin təhriki ilə bu muzdur vəhabilər İslam tarixinə belə bir cinayəti daxil etdilər. Ona görə də bu günü yadda saxlamaq lazımdır ki, mübarək Bəqi əvvəlki halına qayıtsın.

Bəqidə dağılmış hər şey yenidən bərpa olunmalıdır. Bəqi qəbiristanlığı bütün müsəlmanlar üçün tarixdir. Bu şəxsiyyətlər əslində Peyğəmbər (s) tərəfindən tanıdılmış şəxsiyyətlərdir. İslam bu vasitə ilə tanıdılmışdır.

Şəvval ayının 8-də gərək bütün müsəlmanlara elan edək ki, Beynəlxalq cəmiyyət kimi Bəqi qəbiristanlığının bərpasını istəyirik. O zamana qədər ki, Bəqi qəbiristanlığı yenidən qurulmayıbdır nə Əhli-Beyt (ə) davamçısı, nə əhli-təsənnün, nə də başqa müsəlmanlar bu vəziyyətlə özündən razı olmamalıdır.

Gərək bu şərəfli yer Kərbəla və Nəcəfi-Əşrəf kimi bütün müsəlmanların ziyarət etdiyi və ehtiram etdiyi yerə çevrilsin”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930