Müsibətləri yüngülləşdirən amillər
Mьəllif: admin1
Tarix: 14-10-2023, 10:30
Müsibətləri yüngülləşdirən amillər
Həzrət Məhəmməd (s) buyurub: “Kim qəlbindən dünya məhəbbətini çıxarsa müsibətlər ona asan gələr.“[1]

Başqa bir hədisdə Rəsulallah (s) buyurub: “Kimə böyük bir müsibət üz verəndə mənim müsibətimi yad etsə, müsibəti ona yüngül gələr.”[2]

İmam Əli(ə) buyurub: “Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun.”[3]

İmam Sadiq (ə) müsibət üz verən zaman tövsiyə etdiyi dua: “Şükr olsun Allaha ki, o məni dinimdə müsibətə salmadı. Şükr olsun o Allaha ki, əgər istəsəydi müsibətim bundan da böyük olardı. Şükr olsun o Allaha ki, bir işin baş verməsini istədi və o da baş verdi.”[4]

İmam Sadiq (ə) buyurub: “Bir nəfər öləndə Allah-taala onun ailə üzvlərindən ən çox naharat olanının yanına bir mələk göndərər. Bu mələk onun qəlbinə sığal çəkər və qəm yanğısını, dağını ondan götürər. Əgər belə olmasaydı, dünya abad olmazdı.”[5]


[1] Kənzul-Fəvaid, c.2, səh. 163

[2] Biharul-Ənvar, c.82, səh. 84 , hədis26

[3] əl-Xisal, səh. 616 , hədis10

[4] Biharul-Ənvar, c.78, səh. 268 , hədis183

[5] əl-Kafi, c.3, səh. 227 , hədis1


(ahliman.info)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031