Allahın qulunun əxlaqi səciyyələri Peyğəmbərin bəyanında
Mьəllif: admin1
Tarix: 12-07-2016, 22:51
Allahın qulunun əxlaqi səciyyələri Peyğəmbərin bəyanında
Günah edəndə narahat olursanmı? Bu narahatlıq sənə halallıq almaq tövbə və istiğfar etmən üçün zəmin yaradırmı? Günah etdikdə vicdan əzabı çəkirsənmi? Yaxşı iş gördükdə sevinirsənmi? Günah etmədiyin günü özün üçün uğurlu gün hesab edirsənmi? İki günün fərdi inkişaf və mənəvi təkamül baxımından eyni olduqda və yaxud bu günün dünəndən daha pis keçdikdə narahat olursanmı? İnsanlara təşəkkür etməyi özünə sığışdıra bilirsənmi? Təşəkkür etmək sənə vacib deyilsə belə məmnunluğunu dilə gətirirsənmi? Yoxsa bu onun işidir və etməlidir deyə təkəbbürlük edib hətta minnət belə qoyursan!?. Sənə dəyən xəstəliklər və narahatlıqlara görə ahu-zar edib digərlərini də narahat edirsənmi? Qəzəbli olanda necə bağışlamağı və güzəştə getməyi bacarırsanmı?

Bütün bunlar Allahın öz bəndələrini imtahana çəkdiyi incə məqamlardır. Ola bilsin bir çoxları ibadət əhlidir, amma bu incə və olduqca taleyyüklü məsələdən qafildirlər

İmam Baqir buyurur:

“Peyğəmbərdən Allahın salamı ona və pak ailəsinə olsun, soruşurlar ki ey Allahın rəsulu ən xeyirli və gözəl bəndə kimdir? Allahın rəsulu buyurur: Ən yaxşı bəndə odur ki yaxşlıq edəndə sevinsin. Pislik edəndə dərhal istiğvar etsin, ona bir şey əta olunanda şükür və təşəkkür etsin, ona bəla və müsibət gələndə səbr etsin, qəzəblənəndə isə bağışlaya bilsin” (Şeyx Səduq, əl-Əmali, səh-60)


islaminsesi.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930