Allah bəndəsinin şeytandan aldığı müsahibə – Alleqoriya
Mьəllif: admin1
Tarix: 11-07-2016, 17:58
Allah bəndəsinin şeytandan aldığı müsahibə – Alleqoriya
Şeytan (lən) müsahibəyə gecikirdi və ondan səbəbini soruşanda dedi ki, bir iş var idi ki, gərək özü şəxsən yerinə yetirəydi.
Abdullah: Özünü tanıt.
Şeytan: Cin tayfasından olan bir şəxsəm. Xüsusi adım İblisdir, ümumi tanınmış adım isə şeytandır. Əlbəttə başqa adlarım da vardır ki, tanınmamışdır. Vəsvas, Xənnas, Əzazil, İfrit, Rəcim, Əbu Mərə, Məzmum, Mərid...
Abdullah: Sənin peşən nədir?
Şeytan: Peşələrim çoxdur. Bəzən müsafir oluram, haqla batil yolu arasında dayanıram. Müsafirləri yolundan azdırır və cəhənnəmə tərəf yönləndirirəm. Bəzən də əkinçilik edir və qəlblərə kin-küdurət toxumu əkirəm. Batilə həqiqət siması verirəm. Bəzən də təyyarəçi oluram və bəndələrin qəlbləri ətrafında o qədər fırlanaram ki, nəhayət ona nüfuz edərəm.
Abdullah: İnsanla düşmənçiliyin nə zamandan başlamışdır?
Şeytan: Düşmənçilik macərası Adəmin (ə) xilqətindən başlanmışdır. Mələklər maraqları üzündən Allaha dedilər ki, axı bu məxluq Yer üzündə fəsad edəcəkdir? Əgər itaət olunmağını istəyirsənsə, biz Sənə itaət edirik. Əgər məqsədin təsbihdirsə, biz davamlı olaraq bu işdəyik.
Abdullah: Bu işin hikməti nədir?
Şeytan: Bu işdə sirlər vardır. O şeyi ki, mən xam şəklində görürəm, siz aynada belə görmürsünüz. Allah əmr etdi ki, torpaqdan olan bu məxluq qarşısında səcdə edin. Bütün mələklər səcdə etdilər. Bu əmr mənim üçün çox ağır idi. Çünki mənim parlaq keçmişim var idi. Allaha 6 000 il ibadət etmişdim. İbadətə o qədər qərq olurdım ki, mələklər güman edirdilər ki, mən də onlar kimi mələyəm. Ona görə də mən bu yükü çiynimə götürə bilmədim. Mən atəşdən yaranmışam, ancaq o, torpaqdan. Mənim ondan üstünlüyüm günəş kimi aydın idi. Torpaqdan yaranmış bir insana necə səcdə edə bilərdim ki?!
Abdullah: Bu xalis ibadətlərin səni necə təkəbbürdən saxlaya bilmədi?
Şeytan: Mən öz nəzərimə görə Allaha xalis ibadət edirdim. Halbuki, Allaha pərəstişimə şirk və nifaq yol tapmışdı. Bu imtahan mənim şirk və nifaqımı üzə çıxartdı.
Abdullah: İnsanları necə aldadırsan?
Şeytan: Özümə aid yollarla: addım-addım. Mən adətən bir işimi bir neçə mərhələdə yerinə yetirərəm. İlk vəsvəsə vasitəsilə onu təhrik edirəm və qəlbinə çirkin fikirlər salıram. Sonra o çirkin fikirləri gözəlləşdirirəm. Nəhayət əməldə onu elə zinətləndirərəm ki, insan günaha meyil edir.
Abdullah: Sənin ən böyük arzun nədir?
Şeytan: Bütün zaman və dövrlərdə olan insanları yoldan çıxartmaq – mənim ən böyük arzumdur.
Abdullah: İnsanların hansı əməli səni daha çox qəzəbləndirir?
Şeytan: Bəzi insanlar adətləri üzrə uzun səcdələri ilə mənə əziyyət verərlər. Burnumu torpağa sürtərlər.
Abdullah: Hansı əməlləri səni daha çox sevindirir?
Şeytan: İnsan günah edir və tövbəni təxirə salır.
Abdullah: İnsanların ən qəribə əməlləri hansılardır?
Şeytan: Günah süfrəsinin başında əyləşirlər və hər günahdan yeyirlər. Sonra da mənə etiraz edirlər ki, bizim üçün günah süfrəsi açmısan.
Abdullah: Hansı əməl sənin nüfuz etməyini daha da tezləşdirir?
Şeytan: Mənim nüfuz etmək zəminələrim, əlbəttə, çoxdur. Ancaq ən zəif nöqtələr: həssaslıqlar, həqarət, həsəd, rəqabət, məhrumluq, şöhrət ardınca olmaq, malının artmasını istəmək...
Abdullah: Sən evlənmisən?
Şeytan: Bəli, mən cavan olan zaman cin tayfasından olan Luhanın qızı Ləhiba ilə evlənmişəm.
Abdullah: Bu evliliyin səmərəsi vardırmı?
Şeytan: Əlbəttə, bu evlilikdən çoxlu övladlarım oldu.
Abdullah: Onların aqibəti nə oldu?
Şeytan: Köhnə zamanlarda insanın xilqətindən əvvəl cin və nəsnas tayfaları arasında müharibə başlamışdı. Allah mələkləri yerə endirdi və onlar bu iki tayfanın hamısını, o cümlədən mənim övladlarımı da məhv etdilər. Mən ibadət əhli olduğum üçün bu müharibədən sağ çıxdım. Mələklər məni səmaya qaldırdılar və mən mələklərlə birlikdə ibadət etməyə başladım. O zamana qədər ki, Adəm (ə) xəlq oldu.
Abdullah: Öz tayfanda tərəfdarların vardırmı?
Şeytan: Nəinki öz tayfamda, hətta insanların arasında belə vardır.
Abdullah: Son sözün.
Şeytan: And içirəm ki, intiqam almayana qədər siz insanlardan əl çəkməyəcəyəm. Yolunuzun üstündə dayanıb, tələlər quracağam. Görəcəksiniz ki, nicat yolunuzu necə sizin üçün bağlayıram! (Tebyan)
Allah Təala bizi qovulmuş şeytanın şərindən Özü hifz etsin!

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031