Möcüzə ilə sehrin fərqi nədir?
Mьəllif: admin1
Tarix: 28-02-2022, 11:04
Möcüzə ilə sehrin fərqi nədir?
Möcüzə - o əməldir ki, təlim və tədris edilməsi mahaldır (qeyri-mümkündür). Bəşər insanlarının onu yerinə yetirməsi mümkün deyil. Ancaq peyğəmbərlər (ə) möcüzə etmək qabiliyyətinə malikdirlər və bu əməl qeyri-adi bir əməl olmalıdır ki, başqaları onu yerinə yetirməkdə aciz olmalıdırlar.

Allah Təala peyğəmbərlərini (ə) məbus edən zaman onları möcüzə vasitəsilə insanlara qəbul etdirmişdir. Əgər möcüzə olmasaydı, qafil insanlar bu İlahi peyğəmbərlərin (ə) risalətini qəbul etməzdilər.

Bəs möcüzə ilə sehrin fərqi nədir?

Möcüzə sehrdən çox fərqlənir. Belə ki:

1. Möcüzə haqdır, sehr isə batildir. “Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur».

Musa dedi: «Haqq (Allahın möcüzələri)sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadugərlər nicat tapmazlar!”. (“Yunus” 76-77).

2. Sehr qələbə gətirməz və insanı xilas etməz, ancaq möcüzə əksinədir. “Halbuki, cadugərlər nicat tapmazlar!”.

“Və günahkarlara xoş gəlməsə belə, Allah haqqı Öz kəlmələri ilə (Lövhdə qeydə almaqla və Öz iradəsi ilə həyata keçirməklə) sabit və bərqərar edəcəkdir». (“Yunus” 82).

3. Sehr – fasid bir əməldir, ancaq möcüzə - peyğəmbərlərin (ə) əməlidir.

4. Sehr gec və ya tez batil olar, ancaq möcüzə batil olmaz. “Beləliliklə, elə ki, atdılar (cadularını göstərdilər), Musa dedi: «Sizin (meydana) gətirdiyiniz şey – sehrdir.

Şübhəsiz, Allah tezliklə onu puça çıxaracaqdır. Həqiqətən, Allah fəsad törədənlərin işini qaydasına salmaz». (“Yunus” 81).

5. Möcüzə qeyb aləminə aiddir. “Və «nə üçün Rəbbi tərəfindən ona (Salehin dəvəsi, Musanın əsası, mələyin gəlməsi kimi camaatı iman gətirməyə vadar edən) bir möcüzə nazil olmayıb?» deyirlər. De: “Qeyb (pərdə arxasındakı işlər) yalnız Allahın ixtiyarındadır (və bəlkə də nazil etdi)””. (“Yunus” 20).

6. Möcüzə o həqiqətdir ki, həqiqi təsirləri vardır. Onun vasitəsilə çubuğu ilana çevirmək olar. Ancaq sehr – xəyal qüvvəsidir. Baxmayaraq ki, sehr insana həqiqi təsir göstərər, ancaq bu təsir həqiqi deyildir, xəyalidir. Sehrbazlar insanın xəyal qüvvəsinə təsir edərlər.

7. Möcüzə şuhudidir, ancaq sehr hüsulidir. Yəni, sehr təlim yolu ilə əldə oluna bilir. Ancaq möcüzəni təlimlə öyrənmək olmaz.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930