"Nəhc əl-bəlağə"nin İslam cəmiyyətində rolu
Mьəllif: admin1
Tarix: 31-05-2021, 10:13
"Nəhc əl-bəlağə"nin İslam cəmiyyətində rolu
Tam xoşbəxt insan həyatını, bütün tərəfləri ilə, bütün xüsusiyyətləri ilə "Nəhc əl-bəlağə"dən öyrənmək olar.

Təəssüflər olsun ki, biz cəmiyyət olaraq əsrlər boyu şərif, nurani "Nəhc əl-bəlağə" kitabından məhrum olmuşuq. Tam xoşbəxt insan həyatını, bütün tərəfləri ilə, bütün xüsusiyyətləri ilə "Nəhc əl-bəlağə"dən öyrənmək olar.

Əgər özümüzü tərbiyə etmək, insana layiq cəmiyyət qurmaq istəsək, şəxsi əxlaqa, xarakterə, yaxşı əqidəyə, şənliyə, ümidə, uzaqgörənliyə, özünütərbiyəyə nail olmaq, vəzifəmizə əməl etmək, başdan-ayağa zəka və haqqın hakim kəsildiyi cəmiyyətimiz olmasını, ümidlə, qələbə ilə, uğurla çalışmaq, alimcəsinə və doğru fəlsəfə əsasında hərəkət etmək istəyiriksə, bütün bu dərsləri "Nəhc əl-bəlağə"dən öyrənməliyik.

İmam Əli (ə) öz çıxışlarında nə deyir?

Həm İslam cəmiyyətinin hakimi, həm də hikmət sahibi olan bu əmir nə demişdir? Məlumdur ki, onun sözləri aktualdır, mövcud ehtiyaclara uyğundur.

O, həmin tarixi zaman kəsiyində mövcud şəraitin tələbi olan ehtiyacları dilə gətirmişdir. Ondan başqa bir şey deməsi mümkün deyil.

Ola bilməz ki, mahir ürəyiyanan təbib xəstəsinin ehtiyacı olmadan nüsxə yazsın. Demək, biz İmam Əlinin (ə) nüsxəsindən digər bir şey də başa düşürük və bu o günün İslam cəmiyyətinin vəziyyətidir.


Ayətullah Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930