Qadınla zarafatın ləzzəti və aqibəti...
Mьəllif: admin1
Tarix: 30-06-2016, 11:57
Qadınla zarafatın ləzzəti və aqibəti...
Yad (naməhrəm) qadınla zarafatlaşmaq...

Bu gün ailələrin dağılması, bəzən cinayətlə sonuclanan ictimai təzahürlərdən biri məhrəm olmayan, yad kişi ilə qadının (oğlanla qızın) zarafatlaşmasıdır.

Ümumiyyətlə, məhrəm olmayan kişi və qadın zarafat edə bilərmi? Əksər təqlid mərcələrinin cavadı budur ki, günaha düşmək qorxusu varsa, olmaz! Günaha düşmək qorxusu varmı? Kişi yad qadınla zarafat edəndə onun günah fikirlər yaşaması ehtimalı olmurmu?

Həzrət Peyğəmbər (s) buyurur: Naməhrəm qadınla əl görüşən kişi qiyamət günü məşhərə buxov və zəncirlərlə gələr. Allah onun oda atılması üçün göstəriş verər...

Həzrət buyurur: Naməhrəm qadınla zarafat edən kişi hər haram sözə görə qiyamətdə min il həbs edilər...

İmam Sadiq (ə): Peyğəmbər buyurub ki, müsəlman qadın naməhrəm kişi ilə yalnız zəruri mövzuda 5 kəlmədən artıq danışmasın!

Həzrət Peyğəmbər (s) buyurur: Xalqın qadınlarına münasibətdə iffət-namuslu olun ki, sizin də qadınlarınız təcavüzdən amanda qalsın...

Ravi nəql edir ki, Quran öyrətdiyim qadınla zarafat etdim. Dərsdən sonra İmam Baqirin (ə) görüşündə oldum. İmam xəbardarlıqdan sonra buyurdu ki, bir də belə etmə. Xəcalətdən üzümü gizlədim...

Həzrət Əli (ə): Kişilərin naməhrəm qadınlarla ünsiyyəti qəlbləri azdırar, bəla gətirər...

Vilayet.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930