Qədr gecəsi şəhidi üçün yerlər ağlar, göylər ağlar. Tək müsəlman deyil, kafir ağlar
Mьəllif: admin1
Tarix: 26-06-2016, 09:49
Qədr gecəsi şəhidi üçün yerlər ağlar, göylər ağlar. Tək müsəlman deyil, kafir ağlar

Artıq mübarək ayın, Ilahi ziyafətin böyük hissəsini geridə qoymuşuq.
Bir tərəfdən Allah qonaqlığının keçən günlərinə heyfsilənirik. Digər tərəfdən isə min aydan daha üstün, aqibətlərimizin müəyyən olunduğu, həyatımızın 11 ayının təqdiratının müəyyən olunduğu gecələrə daxil oluruq.
Çalışırıq bu gecəyə ruhən hazır olaq, amadə halda daxil olaq. Çalışırıq və istəyirik qazancla çıxaq bu gecələrdən.
Bu gecələr - Allahın ən yaxın dostunun, Allahın yer üzərindəki höccətinin, əziz imamız Həzrət Əlinin (ə) qılıncla zərbətləndiyi, şəhadət məqamına yetişdiyi gecələrdir. Bu gecələr əziz kədərli Həseneynə, Hüseynə (ə) Xanım Zeynəbə (s.ə), Həzrət Əbülfəzl Abbasa, Həzrət Fatimə (s.ə) balalarına, Ümmül-Bənin balalarına başsağlığı verəcəyimiz, dərdlərinə şərik olacağımız bir gecələrdir.
Biz İmamızı (ə) sevirik, onu Allahın yer üzərindəki hüccəti olmasına əqidəmiz var. Onu həyatımıza nümunə olaraq bilirik. Onu dünya və axirət yolumuzun başcısı, bələdçisi bilirik.
Bu gecələrə halımızın pərişan olduğu, istəklərimizin və arzularımızın əsirinə çevrilmiş halda, özümüzü unutduğumuz, hədəfə uyğun yaşamağı unutduğumuz bir halda daxil oluruq.
Amma ümidliyik bu gecələr şəhid olan İmamın (ə) hörmətinə, onun övladı - Qaib İmamızın (ə.f) hörmətinə ki, bəlkə bağışlanaq.
Həzrət Əli (ə) ona ağlayan Əhli-Beytinə (ə) və yaxınlarına xitabən: "Mənim gördüyümü siz də görsəydiniz, ağlamazdınız" – deyir.
"Mələkləri görürəm, cərgə-cərgə dayanıblar. Onlar ardınca isə bütün peyğəmbərləri (ə) görürəm. Rəsuli Əkrəmi (s) görürəm, gəlib yapışıb əlimdən, istəyir məni aparsın".
İmam Həsənə (ə) vəsiyyət edir..
"Tabutumun qabaq hissəsini mələklər daşıyacaq. Siz arxa hissəsindən daşıyın. Harada gördünüz qabaq hissəsi əyildi, orada qoyun tabutu. Həmin yeri qazın, löhvə çıxacaq qarşınıza. O löhvədə yazılır ki, bu qəbri Nuh peyğəmbər tufandan 700 il qabaq hazırlayıb.
Məni dəfn etdikdən sonra qəbrimə baxın, məni görməyəcəksiniz. Çünki Allah söz verib ki, Peyğəmbər (s) vəsisi öldüyü an Peyğəmbər (s) haradadırsa, Allah vəsinin ruhunu və cismini onun yanına aparır".
İmam Həsən (ə) deyir: "Qardaşım Hüseynlə (ə) atama qüsl verirdik. Hüseyn (ə) su tökür, mələklər İmamın (ə) bədənini çevirirdilər".
Şəhriyar isə belə yazır:
Əli üçün yerlər ağlar, göylər ağlar
Tək müsəlman deyil, kafir ağlar
Yazanda Ali-Taha növhəsin mən
Qələm gördüm sızıldar, dəftər ağlar
Qulaq ver: məscid oxşar, minbər ağlar
Qucaqlar qəbri-şərifi, Malik Əştər ağlar.

Allah Təala bizə bu gecələrdən lazımınca bəhrələnmək tovfiqatı versin..

Süleyman Rüstəmov
"Dəyərlər" in oxucusu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930