Yaxşılığın 4 xəzinəsi, onları əldə etmək olduqca asandır
Mьəllif: admin1
Tarix: 12-06-2022, 09:44
Yaxşılığın 4 xəzinəsi, onları əldə etmək olduqca asandır
Allahın insanlara göstərişləri əmrlər və nəhylərdən ibarətdir. Əmrlər hər hansı bir əməli yerinə yetirməyin tələb olunduğunu, nəhylər isə müəyyən bir əməlin tərkini tələb edir.

Əslində oruc tutmaq da ikinci qismə aiddir. Yəni bəndə imsak zamanından iftara qədər adi günlərdə etdiyi işlərdən çəkinməklə oruc adlı ibadəti etmiş olur.

Allahın buyurduğu bir sıra göstərişlər də belədir. Onları əldə etmək üçün nəyisə yerinə yetirmək lazım deyil, sadəcə olaraq bəzi məsələləri tərk etmək lazımdır.

Şeyx Mufid əl-Əmali əsərində İmam Baqirdən maraqlı bir hədisi nəql edir ki, orada da 4 əməli tərk etmək yaxşılığın xəzinələri kimi qələmə verilir. Bəndə 4 mənfi xüsusiyyəti gizlətməklə yaxşılığın xəzinələrinə sahib olmuş olur.

İmam Baqir (s) buyurur:

“Dörd şey var ki, yaxşılığın xəzinələrindəndir: İnsanın öz ehtiyacını gizlətməlidir (və el-aləmə yaymamalıdır), Verdiyiniz sədəqəni gizlətmək (digərləri bilsin deyə onu aşkarda verməmək gizlində vermək və bəlli etməmək), Ağrı-acını gizlətmək (insan ahu-zar etməməlidir), Müsibəti gizlətmək (müsibətə düçar olduğunu göstərib özünü həddən artıq məzlum kimi göstərmək də möminə yaraşmır)

Göründüyü kimi hər 4 göstərişdə tərk etmək var. Bu tərklər baş tutduqda insan yaxşılığın xəzinələrinə yol açır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930