Ramazan ayı paklanmaq üçün ən yaxşı fürsətdir
Mьəllif: admin1
Tarix: 11-06-2016, 10:22
Ramazan ayı paklanmaq üçün ən yaxşı fürsətdir
Oruc - dinin sütunlarından biridir. Ramazan ayının qədrini bilmək və ona qarşı mərifət əldə etmək o feyzdərdəndir ki, əgər bəndəyə şamil olarsa, o, bu ayın əhli olar. Oruc tutmaq və onun şərtlərinə riayət etmək insanı saflaşdırar və rəzil sifətlərdən uzaqlaşdırar.

Ramazan ayının bərəkətlərindən biri də tövbə və istiğfardır. Quranla yaxın olmaq və onu tilavət etməkdir. Allah pakları sevir. Bərəkətli Ramazan ayı da bu paklanma üçün ən yaxşı fürsətdir.

İslam dini müsəlmanları ibadət etməyə çağırır. İbadət o deməkdir ki, yəni, Allahla söhbət edirsən, dərdləşirsən. Bunun üçün qəlb hüzuru və Allaha diqqət mühümdür. Belə bir ibadətin olması üçün çox sayda şərtlərə ehtiyac vardır. İbadət etdiyi məkanlar da onlardan biridir.

Allah Təala buyurur: «Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın». (“Cinn” 18).

“De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur)”. (“Əraf” 29).

“Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi, əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı”. (“Həcc” 40).

“(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər”. (“Nur” 36).

Bəli, bu ayələrdən də göründüyü kimi məscid Allahın yada salındığı və Onunla ünsiyyət qurulduğu müqəddəs məkandır. Möminlər burada qəlb hüzuru ilə Allaha diqqət edə bilirlər. Bu elə bir məkandır ki, mələklər oradan ayrılmaz və edilən duaları Allaha çatdırar. Möminlər üçün istiğfar edərlər.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031