Ən üstün yaxşılıq – elm öyrənmək və onu digərinə öyrətməkdir
Mьəllif: admin1
Tarix: 20-05-2021, 11:48
Ən üstün yaxşılıq – elm öyrənmək və onu digərinə öyrətməkdir
Müəllim – Allahın adlarından biri olmasa da, Allahı insanların ilk müəllimi adlandırmaq olar. “O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi. İnsana bilmədiyini öyrətdi”. (“Ələq” 4-5).

Allah Təala müəllimlik hünərini Özündən sonra Həzrət Peyğəmbərə (s) nisbət verərək buyurmuşdur: “Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər”. (Cümə” 2).

Bunu qeyd etmək lazımdır ki, cahilliyin qaranlıq və zülmətini elm nuru ilə aydınlandırmaq müqəddəs bir işdir ki, Allah tərəfindən başladılmışdır.

Sonra da peyğəmbərlər (ə) və imamlar (ə) vasitəsilə davam etdirilmişdir. Ona görə rahatlıqla demək olar ki, müəllimin işi İlahi feyzin və nəbəvi lütfünün davam etdirilməsidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizə bağışlayanların ən bağışlayanından xəbər verimmi? Allah – bağışlayanların bağışlayanıdır. Mən – Adəm övladlarının ən çox bağışlayanıyam. Məndən sonra sizlərin ən çox bağışlayanı o kəsdir ki, bilik öyrənər və onu nəşr edər və başqalarına öyrədər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən təlim vermək və öyrətmək üçün məmur edilmişəm. Mən müəllimlik üçün məbus olmuşam”.

O zaman ki, Əbdürrəhman Sülləmi İmam Hüseynin (ə) övladına “Həmd” surəsini öyrədir, İmam (ə) bu müəllimə min dinar hədiyyə verir.

Bir nəfər Həzrətin (ə) bu işinə etiraz edən zaman buyurur: “Bu mükafat hara və onun mənim övladıma verdiyi elm hara?”.

İslam Peyğəmbəri (s) müsəlmanları həmişə elm öyrənməyə və sonra da təlim verməyə dəvət edərdi və bu işə təşviq edərdi.

Həzrət (s) əsirlərlə bağlı belə buyurmuşdur: “Əsirlərdən hər kim on nəfər savadsız müsəlmanı savadlı edərsə, azad olacaqdır”.

Həzrət İsa (ə) peyğəmbərdən nəql edilir ki, buyurub: “Hər kim elm əldə edər və öyrəndiyinə əməl edər və onu başqalarına öyrədər – uca mələkutda əzəmətli hesab olunar”.

Həzrət Peyğəmbər (s) müəllimin məqamı haqqında buyurur: “Ən üstün sədəqə və yaxşılıq odur ki, insan elm öyrənsin və sonra onu qardaşına öyrətsin”.

İmam Səccad (ə) buyurur: “Sənin müəllimin haqqı odur ki, ona hörmət edəsən, snifinin və məclisinin mətanətini qoruyasan, sözlərinə diqqətlə qulaq asasan, üzün ona tərəf olsun və ona diqqət edəsən.

Səsini ona yüksəltməyəsən, nə zaman kimsə ona sual versə, sən cavab verməyəsən, imkan verəsən özü cavab versin. Yanında olan zaman başqaları ilə danışmayasan. Yanında heç kimdən qeybət etməyəsən.

Əgər kimsə sənin yanında onun haqqında pis söz deyərsə, onu müdafiə edəsən. Eyiblərini örtəsən, yaxşı sifətlərini aşkarda yad edəsən”.

Lakin bütün müəllimlər belə deyildir. Dünyaya bağlanan çox sayda müəllim vardır ki, insanları öz ardınca apararaq İblisin (lən) ordusuna qoşurlar.

Bu haqda İsa (ə) peyğəmbər buyurur: “Bir kəs ki, dünyasını axirətindən üstün bilmişdir, ona ziyan vuran şeyi ona fayda verən şeydən daha çox sevir, necə elm əhli adlandırmaq olar?”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, elmi çox olar, ancaq hidayət və mənəvi inkişafı çoxalmaz – Allahdan uzaqlaşmaqdan başqa heç bir şeyi artmaz”.

Beləliklə deyə bilərik ki, hər müəllim, müəllimlik hünərinə malik olmaz. Həqiqi müəllim o kəsdir ki, elmi artıqca imanı və təqvası da artmış olsun və bu elminə ilk özü əməl etsin və sonra onu başqalarına öyrətsin. O zaman bu müəllim həmin hünərə malik ola bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930