Allah tərəfindən yer üzünə neçə kitab gəlib?
Mьəllif: admin1
Tarix: 9-04-2021, 23:17
Allah tərəfindən yer üzünə neçə kitab gəlib?
Cavab: Allah tərəfindən yer üzünə nazil olan kitablar: 50 səhifə Həzrət Şueyb əleyhissalama, 30 səhifə Həzrət İdris əleyhissalama, 20 səhifə Həzrət İbrahim əleyhissalama, eləcə də Tövrat, İncil, Zəbur, Qurani-kərim nazil olmuşdur.

Sual: Neçə peyğəmbərin adı Quranda çəkilib?

Cavab: Bəzi peyğəmbərlərin adları Quranda bir neçə dəfə gəlmişdir, o cümlədən: Adəm peyğəmbərin adı–18 dəfə, Nuh–43 dəfə, İdris–2 dəfə, Hud–10 dəfə, Saleh–9 dəfə, İbrahim–69 dəfə, Lut–27 dəfə, İsmail–11 dəfə, Əlyəsə–2 dəfə, Zul-kəfl–2 dəfə, İlyas–2 dəfə, Yunis–4 dəfə, İshaq–17 dəfə, Yəqub–16 dəfə, Yusif–27 dəfə, Şüəyb–11 dəfə, Musa–163 dəfə, Harun–20 dəfə, Davud–16 dəfə, Süleyman–17 dəfə, Əyyub–4 dəfə, Zəkəriyya–7 dəfə, Yəhya–5 dəfə, İsmaili Sadiqil-vəd 1 dəfə, İsa–26 dəfə və Həzrəti Mühəmmədin (s) mübarək adı 4 dəfə Mühəmməd, bir dəfə isə Əhməd adı ilə zikr olunmuşdur.

Bütün peyğəmbərlər içərisində 5 nəfəri “ulul-əzm”, yəni şəriət sahibləri olmuşlar. Bütün nəbi və mürsəl peyğəmbərlərin içərisində ən fəzilətlisi–onların sonuncusu Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm)-dir.

Sual: Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?

Cavab: “Hud”, “Yusif”, “Yunis”, “İbrahim”, “Loğman”, “Nuh”, “Muhəmməd” surələridir.
(nur-az.com)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031