O, 20 milyon nəfərin İslamla tanışlığına, şiə məzhəbinə qoşulmasına səbəb olub
Mьəllif: admin1
Tarix: 1-09-2018, 21:58
O, 20 milyon nəfərin İslamla tanışlığına, şiə məzhəbinə qoşulmasına səbəb olub
Nigeriya Əhli-beyt (ə) tərəfdarlarının rəhbərinin müavini Şeyx İsmail Şueyb ölkə şiələrinin rəhbərinin fəaliyyətinə toxunaraq deyib:

“O, 20 milyon nəfərin İslamla tanışlığına, şiə məzhəbinə qoşulmasına səbəb olub. Afrika qitəsində onu kimi tuhani tapmaq çətindir. İran inqilabının ilk günlərində Şeyx Zəkzaki mərhum imam Xomeyni ilə görüşüb. İmam Xomeyni ona Quran hədiyyə edərək, ölkəsində onu təbliğ etməyi istəyib. Bu görüşdən sonra Şeyx Zəkzaki 30 ildir ki, islam dininin təbliği ilə məşğuldur."

Şeyx Şueyb İsmail Şeyx Zəkzakinin əvvəllər də həbs həyatı yaşadığına işarə edərək "Şeyx, dünyanın müxtəlif ölkələrində 10 dəfə həbs həyatı yaşayıb. O, 1998-cı ildə rəsmi olaraq öz məzhəbini bəyan etdi.

Ölkə hakimiyyəti onun ilk təbliğ illərində sanki yuxuda idi. Onun neçə illik fəaliyyətindən sonra sanki birdən birə oyandı və maneələr törətməyə başladı. Bir neçə dəfə Şeyxə qarşı sui qəsd və terror planlaşdırılsada baş tutmadı. Ölkəmizdə baş verən son hadisələr, insanların zənn etdiklərindən daha ciddidir.

Güc strukturları şiələrin cənazələrini yandırmaqla bu cinayətin üstünü örtməyə çalışdılar. Hakimiyyət hazırda Şeyxi sərbəst buraxmaq niyyətində deyil. Buna baxmayaraq ölkəmizdə islam hərəkatı irəliyə doğru getməkdədir və heç bir zaman dayanmamışdır. Şeyxin həbsindən sonra bir an belə bizim işlərimiz təxirə düşməmişdir.”, - deyə bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930