“Bismillah” deyib yatarıqsa nə baş verər?
Mьəllif: admin1
Tarix: 19-05-2021, 13:34
“Bismillah” deyib yatarıqsa nə baş verər?
Quranda deyildiyi kimi, əgər gündüzlər qazanc, ibadət, xidmət və sair əməllər üçün nəzərdə tutulubsa gecə də istirahət və yatmaq üçün nəzərdə tutulub.

Yatmağın insan üçün misilsiz faydası hamıya məlumdur. Burada əsas məqam yatmağa necə başlamaqdır.

Yatan zaman insan müəyyən bir işi iradi şəkildə edə bilmir. Buna görə, insan yuxuda ikən edəcəyi hər bir işlə bağlı məsuliyyət daşımır.

Amma bəzən sırf yatmağın və yuxunun özü insana imtiyaz gətirir. Burada pak niyyətli və ixlaslı insalara məxsus olan mənəvi imtiyazdan söhbət gedir.

Elə bir imtiyaz ki, bəndə onu öz iradəsi ilə deyil, yatmazdan öncə sırf bir Bismillah deməklə əldə edə bilir.

Camiul-Əxbar əsərində Məhəmməd Peyğəmbərdən (s) belə bir hədis nəql edilir:

“Bəndə yatmazdan öncə Bismillahir-Rəhmanir-Rəhim desə, Allah öz mələklərinə bu əmri verər: Səhər sübh açılana qədər ona həsənat (savab) yazın.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930