İnsanların bu 8 dəstəsindən uzaq olun
Mьəllif: admin1
Tarix: 24-05-2016, 22:16
İnsanların bu 8 dəstəsindən uzaq olun
Həzrət İmam Sadiqə (ə) sual verirlər: “Siz bütün bu xəlqi insan kimi görürsünüzmü?”. İmam (ə) buyurur: “İnsanların bu bir neçə dəstəsini kənara qoyun.
1. O kəs ki, misvak etməz.
2. O kəs ki, dar yerdə ayaqlarını açıb əyləşər.
3. O kəs ki, ona aid olmayan işə qarışar.
4. O kəs ki, elmi olmayan şeyə görə mübahisə edər.
5. O kəs ki, heç bir xəstəliyi olmadan özünü xəstə göstərər.
6. O kəs ki, hər müsibətə pərişan olar.
7. O kəs ki, düzgün məsələdə eyni nəzərdə olan ətrafındakılarla müxalifətlik edər.
8. O kəs ki, ataları ilə lovğalanar, halbuki atalarında olan yaxşı rəftarlar onda olmaz”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930