Sübh azanından sonra saat yarım yatmayın ki, ruziniz sizə çatsın
Mьəllif: admin1
Tarix: 4-03-2020, 22:39
Sübh azanından sonra saat yarım yatmayın ki, ruziniz sizə çatsın

Zamanın insanın ruzisinə təsiri çoxdur. Bəzi yuxular da ruzinin azalmasına təsir qoya bilir. Yuxu – yuxudur. Ancaq əgər yuxu zamanı yaxşı tənzim olunmazsa, insanın ruzi yollarını bağlayar.

Günəş çıxan və batan zaman yatmağın insana həm mənəvi və həm də cismi ziyanları vardır.

Ancaq bu həqiqətdir ki, yaşadığımız bu kainatda elə qanunlar vardır ki, mənim və sənin icazən olmadan həyatımıza təsir göstərə bilir.

“(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə - ruhlar, canlılara - həyat, beyinlərə - elm və ruzi yeyənlərə - ruzi paylayan mələklərə”.
(“Zariyat” 4).

Bu ayədəki paylayanlarla bağlı İmam Əliyə (ə) sual verirlər və Həzrət (ə) buyurur: “Məqsəd - İlahi mələklərdirlər”.

Bəz bu mələklər ruzini necə bölürlər?

İmam Sadiq (ə) buyurur: “Bu mələklər insanların ruzisini fəcrdən günəş çıxmasına qədər zamanda bəşər arasında bölər və paylayar. Hər kim bu şərəfli vaxtda yatarsa, ruzisi gedər”.

Bu zaman çox fəzilətli bir zamandır, təxminən sübh azanından 1 saat yarım sonra olan zamandır.

”Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik”. (“Bəqərə” 57).

Bu süfrənin nazil olması da həmin fəzilətli zamanda olmuşdur.

“Buna görə də səbir et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!”. (“Ğafir” 55)

Bu ayənin təfsirində oxuyuruq ki, səhər dedikdə, fəcdən günəş çıxana qədər olan zaman nəzərdə tutulmuşdur.

Ona görə də bu fəzilətli zamanda yuxumuza ara verək və dua və münacatla məşğul olaq. Ruzimizin azalmasına öz əlimizlə imkan yaratmayaq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930