HƏZRƏT ƏLİ (Ə) NAМAZDA OLDUĞU VAXT DİLƏNÇİNİ NECƏ GÖRDÜ?
Mьəllif: admin1
Tarix: 27-07-2020, 08:42
HƏZRƏT ƏLİ (Ə) NAМAZDA OLDUĞU VAXT DİLƏNÇİNİ NECƏ GÖRDÜ?
Həzrət Əli (ə) ilә bağlı rəvayətlərdə oxuyuruq ki, onun ayağına batmış oxu yalnız namazda olduğu vaxt çıxara bildilər.

Namaz qıldığı vaxt həzrətin diqqəti Allaha elə cəlb olunardı ki, vücudunu hiss etməzdi. Amma başqa rəvayətlərdə bildirilir ki, bir gün həzrət Əli (ə) namazda olduğu vaxt məscidə daxil olan fəqiri və barmağındakı üzüyü ona bağışladı.

Necə ola bilər ki, ayağına batmış oxun namaz vaxtı çıxarılmasından xəbər tutmayan həzrət məscidə girən fəqiri görür?

Cavab: Bilməliyik ki, oxun ayaqdan çıxarılması ilə üzüyü fəqirə bağışlamaq arasında bir çox fərqlər vardır. Çünki oxun ayaqdan çıxarılması sırf fiziki vücudla bağlı bir işdir.

Bu işin insanın imanına, Allahla bağlılığına heç bir dəxli yoxdur. Amma fəqirin, yoxsulun halına diqqət ilahi bir işdir və insanın Allaha diqqətindən asılıdır.

Doğrudan da, imam namaz zamanı özündən xəbərsiz olurdu. Amma fəqirin halına diqqət insanın özünə diqqəti deyil. Belə bir diqqəti Allaha diqqət hesab etmək olar.

Başqa sözlə, Allahın bəndəsinə, fəqirə yardım etmək özü bir ibadətdir. Bu iş mühüm ibadət olan namazla vəhdət təşkil edir. Ona görə də təəccüb etməyə dəyməz ki, fəqirin acı nələsi həzrət Əlinin (ə) agah qəlbini narahat edir və onun diqqətindən kənarda qalmır.

Namaz ibadətdirsə, yoxsula yardım da bir ibadətdir. Hər iki iş Allaha görə, Allahın razılığını qazanmaq məqsədi ilə yerinə yetirilir. Həzrət Əlinin (ə) bu əməli o qədər dəyərli olmuşdur ki, bu əməl haqqında Quran ayəsi nazil olmuşdur.

“Sizin rəhbəriniz yalnız Allah, Onun peyğəmbəri və namazı bərpa edib rüku halında zəkat verən mö’minlərdir.” (“Мaidə”, 55.)



http://nur-az.com/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031