Zahiri və Batini Höccət İmam Kazimin (ə) bəyanında
Mьəllif: admin1
Tarix: 17-05-2021, 00:22
Zahiri və Batini Höccət İmam Kazimin (ə) bəyanında
İmam Kazimdən (ə) nəql edilən hədislərdə daha çox ağıl və zahidlik məsələsinə təkid edilib. İmam zahidlik xüsusiyyətinin ağılın işə salınması nəticəsində əmələ gəldiyini deyir. İmamın əxlaqi hədislərinin çoxunda əql sözünün keçməsi əbəs yerə deyil.

İmam buyurur ki, aqil insanlar dünyada zahidlik etməklə (dünyaya bağlı olmamaqla) axirətə rəğbət bəsləmiş olur və beləliklə müvəqqəti olan şeyi tərk etməklə əbədi nemətin dalıyca düşmüş olurlar.

Çünki onlar dünyaya rəğbət bəsləsələr ölüm bir gün onları bu rəğbətdən ayıracaq, amma onlar axirətə rəğbət etməklə dünya məsələlərinə əhəmiyyət vermir və beləcə daha rahat yaşamağa adət edirlər. Bununla yanaşı imam dini dünyaya görə, dünyanı da dinə görə tərk etməməyi tövsiyə edib.

İmam digər bir hədisdə buyurur ki aqil insan ağıl gücü vasitəsilə camaat və onların rəğbət etdiyi cılız dünyəvi məsələlərdən uzaq durar. Bu zaman qorxulu anlarda onun mənusu Allah olar.

İmam insana verilən ağıl gücünü ikinci höccət yaxud da batini höccət hesab edir.

“Allah insanlar üçün iki höccət qərar veribdir: Zahiri və Batini höccət. Zahiri höccət peyğəmbərlər və imamlar, Batini Höccət isə ağıldır.”

Hədisə görə ağılı olan insan Allahı inkar etməz və müvəqqəti olan dünyaya bağlanmaz. Bu höccət varsa kimsə “mənim Allahdan və dindən heç bir xəbərim yox idi” deyib öz etdiyi günahlara bəraət qazandıra bilməz.

İmam Kazim (ə) digər bir hədisində ağıl barədə buyurur ki, Allahın peyğəmbərləri göndərməkdən məqsədi xaliq barədə təəqqül etməyi insanlarda forlamalşdırmaq onu işə salaraq mərifətlərini artırmaqdır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930