Qeyrətsizlər behiştin üzünü görməz
Mьəllif: admin1
Tarix: 10-06-2022, 10:12
Qeyrətsizlər behiştin üzünü görməz

Qeyrət - daxili bir hissdir ki, Allah insana ailəsini, vətənini və dinini qorumaq üçün vermişdir. Qeyrət - elə bir hissdir ki, kişinin ailəsini və vətənini qorumağa və din yolunda canından keçməyinə səbəb olar. Başqa bir sözlə desək, qeyrət ismət və namusun qorunmasıdır.

Qeyrət üç yerə bölünür: dini, mili və namus qeyrəti.

Dini qeyrət odur ki, insan İslam dininin boynuna qoyduğu hər bir vəzifəyə qarşı həssas olar və onda səhlənkarlıq etməz.

Milli qeyrət odur ki, ölkəsinin bütün sərhədlərinə qarşı məsuliyyət hiss edər və qorumaq və hifz etmək şərəf və izzəti olar.

Namus qeyrəti isə odur ki, öz həyat yoldaşının və ailə üzvlərinin iffət və namusuna qarşı məsuliyyətli olar.

Qeyrət hissi peyğəmbərlərin (ə) və ilahi Övliyaların (ə) ən bariz sifətlərindən olmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Atam (cəddim) İbrahim qeyrətli və cavan kişi idi. Mən ondan da qeyrətliyəm. Allah o kəsin ki, iman əhlidir, ancaq qeyrəti yoxdur, burnunu torpağa sürtər”.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən Allah qeyrətlidir və hər qeyrətlini sevir. Onun qeyrətindəndir ki, hər bir aşkar və gizli günahları haram etmişdir”.

Nəql edilir ki, Həzrət Peyğəmbər (s) bir kişini qeyrət göstərdiyi üçün ölümdən qurtarmışdı.

İmam Sadiq (ə) bu haqda nəql edir: “Əsirləri Peyğəmbərin (s) xidmətinə gətirirlər. Peyğəmbər (s) buyurur: “Bir nəfərdən başqa qalanının boynunu vurun”.

Həmin kişi deyir: “Məni niyə ölümdən qurtardın?”.

Peyğəmbər (s) buyurur: “Allah vəhy mələyi ilə mənə xəbər verdi ki, səndə beş sifət vardır ki, Allah və Peyğəmbəri (s) onu sevir. Onlardan biri qeyrət və namusu qorumaqdır””.

Şəhid Mütəhhəri bu haqda yazır: “Kişi göründüyündən fərqli olaraq ruhunun dərinliyində qadının bayağılığından, təslim və iradəsizliyindən ikrah hissi keçirər. Qadının həmişə özünə qarşı izzət və laqeydliyini bəyənər”.

Qeyrətsizliyin amilləri.

İnsanların qeyrətsizliyə tərəf hərəkət etməyinin amillərindən biri budur ki, cəmiyyət harama qərq olmuşdur. İlahi haramları yerinə yetirərlər ki, bu haramlardan biri də ğinaya və haram səslərə qulaq asmaqdır. Bu günah kişini qeyrətsiz və qadını isə iffətsiz edər.

Qeyrətsizliyin başqa bir amili isə insanın özünü zəif görməsidir. Hifz etməli olduğunu qoruya bilməməsidir.

Bu gün cəmiyyətdə çox sayda kişilər vardır ki, namusdan dəm vururlar, lakin həyat yoldaşlarının və qızlarının cəmiyyətə hansı vəziyyətdə və qiyafədə çıxdıqlarından qafildirlər. Allah qeyrətsiz insanı bəyənmir və belə bir insan nə ailəsini və də dinini qoruyar və İlahi vəzifələrini düzgün yerinə yetirə bilməz.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930