Günahdan uzaqlaşmaq istəyənlər üçün ən gözəl yol
Mьəllif: admin1
Tarix: 6-10-2020, 10:27
Günahdan uzaqlaşmaq istəyənlər üçün ən gözəl yol
Böyük arif və rəbbani alim Əllamə Təbatəbainin günahdan xilas olmaq istəyən cavana tövsiyəsi.

22 yaşlı bir cavan Əllamə Təbatəbaiyə məktub yazır və alimdən günahdan necə xilas ola biləcəyini soruşur. Əllamə də ona bir cavab yazır.

Gəncin Əllamə Təbatəbaiyə yazdığı məktubu sizlərə təqdim edir:

“Salamun əleykum və rəhmətullah! 22 yaşlı bir cavanam. Mənə elə gəlir ki, ancaq siz mənim bu sualıma cavab verə bilərsiniz. Elə bir mühitdə və şəraitdə yaşayıram ki, nəfsani istəklər mənə hakim olmuşdur. Məni öz əsiri etmişdir.

Belə ki, məni Allaha tərəf hərəkətdən və istedadlarımın ardınca getməkdən saxlamışdır. Sizdən xahiş edirəm ki, mənə yol göstərin və buyurun ki, nə edim bu nəfsani istəklərdən xilas olum. Hamının düçar olduğu bu tilsimi sındıra bilim.

Sizdən xahiş edirəm ki, bir ata kimi mənə yardım edəsiniz. Əgər cavabınız mənfidirsə, mənə gülməyin, bu məktubu da cırıb atın. Məni özbaşına buraxın”.

Əllamə Təbatəbainin cavabı:

“Əssəlamu-əleykum. Bu vərəqdə qeyd etdiyiniz şeyə çatmaq üçün yaxşı olar ki, tövbə edib, müraqibə və mühasibə edəsəniz. Bu yolla ki, hər gün səhər yuxudan ayılan zaman ciddi qərara alın ki, bu gün elə iş görəcəyəm ki, Allah Təalanın razılığından qeyrisi olmasın.

Sonra hansı işin dalınca gedəcəksinizsə, axirət faydası axtarın. Belə ki, əgər axirət faydasına malik deyilsə, yerinə yetirməyin.

Hər nə olursa-olsun, bu işə axşama qədər riayət edin. Yatmazdan dörd-beş dəqiqə əvvəl gündəlik gördüyünüz işlərin hesabını çəkin.

Bir-bir nəzərinizdən keçirin. Əgər Allahın razılığına görə olmuşsa, şükür edin. Hansı əməliniz səhv və xatadırsa, ona görə istiğfar edin.

Bu əmələ hər gün riayət edin. Bu yol – nicatın yoludur. Hər axşam yatmazdan əvvəl əgər bacarsanız, müstəhəb surələri oxuyun: “Hədid”, “Həşr”, “Səff”, “Cümə”, “Təğabun”.

Əgər bacarmasanız, ancaq “Həşr” surəsini oxuyun. 20 gündən sonra halınız haqqında mənə xəbər verin. İnşəallah ki, müvəffəq olarsınız.”

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031