İstiğfarın 3 dünya bəhrəsi. İstiğfar üçün ən yaxşı zaman
Mьəllif: admin1
Tarix: 27-04-2016, 21:54
İstiğfarın 3 dünya bəhrəsi. İstiğfar üçün ən yaxşı zaman

Tövbə etmək – dinimizin və Quranın tövsiyələrindəndir. Məsumların (ə) kəlamlarında istiğfar ən yaxşı dua və ibadət, dəyərli təvəssül, günahkarların təsirli silahı, nicat verən şəfaətşçi kimi tanıdılmışdır.
“Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək(dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin”. (“Hud” 3).
İstiğfar elə əməllərdəndir ki, insana dünya və axirət bəhrələri gətirər.
Qurani-Kərimin başqa bir ayəsində oxuyuruq: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).
İmam Sadiq (ə) bu ayəyə istinad edərək buyurur: “O zaman ki, ruzinin çətinliklə çatdığını görürsən, çoxlu istiğfar et. Çünki, Allah Təala kitabında buyurmuşdur: (Yuxarıdakı ayələri tilavət edir)”. (Tebyan)
Bəli, bu ayədə üç dünya bəhrəsinin adı çəkilmişdir: bol yağış, malın artması, övladlara sahib olmaq.
Nəql edilir ki, bir nəfər İmam Rzanın (ə) yanına gəlir və quraqlıqdan şikayət edir. İmam (ə) buyurur: “İstiğfar et”. Başqa biri gəlir və yoxsulluqdan şikayət edir və İmam (ə) ona da eyni sözü deyir. Üçüncü şəxs gəlir və İmamdan (ə) onun üçün dua etməsini istəyir ki, ona oğlan övladı versin. İmam (ə) ona da buyurur: “İstiğfar et”. Orada olanlar təəccüblə soruşurlar: “Üç nəfər müxtəlif istəklərlə yanınıza gəldilər və siz hamısına istiğfar etməyi tövsiyə etdiniz”. Buyurur: “Mən bu tövsiyəni özümdən vermirəm. Bu tövsiyədə Allahın kəlamından ilham almışam”. Sonra yuxarıdakı ayəni tilavət edir.
İstiğfar üçün ən yaxşı zaman.
İstiğfar etməyin ən yaxşı zamanı səhər çağıdır, xüsusilə də cümə gününün səhəri. “Həmin səbirlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər”. (“Ali-imran” 17).
“Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər”. (“Zariyat” 18).
İmam Sadiq (ə) buyurur: “Hər kim vitr namazında qiyama dayandığı halda 70 dəfə desə: اَستَغفِرُ اللّهَ واَتُوبُ إلَیه(“Əstəğfirullahə və ətubu iləyh”) bir il boyu ona davam edərsə, Allah onu səhər çağı istiğfar edənlərin zümrəsindən yazar və Öz bağışlanmağını ona vacib edər”.
Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim iki ay dalbadal hər gün 400 dəfə bu istiğfar zikrini oxuyar, Allah ona elm xəzinəsi və ya çoxlu mal kəramət edər. «اَستَغفرُ اللّه الّذی لاإله الاّ‌هُوَ الحَی القَیومُ الرَّحمنُ‌الرَّحیمُ بَدیعُ‌السّمواتِ والأَرضِ مِن جمیعِ ظُلمی و جرمی و اِسرافی عَلی نفسی و اَتوبُ إِلیهِ».
Həzrət Peyğəmbər (s) buyurur: “İstiğfar ilə özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”.
Bəli, tövbə və istiğfar etmək insanın həm günahlarını bağışlayar və həm də ona çox sayda bəhrə gətirər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031