Həzrət Nuhun (ə) gəmisini möhkəmlədən 5 mismar kimin adı ilə bağlı idi?
Mьəllif: admin1
Tarix: 1-12-2020, 11:51
Həzrət Nuhun (ə) gəmisini möhkəmlədən 5 mismar kimin adı ilə bağlı idi?
Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “O zaman ki, Allah Nuhun (ə) qövmünü həlak etmək istədi, Nuha (ə) vəhy etdi ki, tik ağacından taxtalar hazırlasın. Nuh (ə) onları hazır etdikdən sonra bilmədi ki, onlarla nə etsin.

Cəbrayil (ə) yerə endi və gəminin layihəsini ona verdi. Onun üçün sandıq da gətirmişdi ki, içərisində 129 min mismar var idi. Nuh (ə) gəminin düzəldilməsində o mismarlardan istifadə etdi.

Sonda beş mismar qalmışdı. Nuh (ə) onlardan birinə əl vurdu və ondan əlinə nur saçdı. Mismar parlayan ulduz kimi aydınlandı. Nuh (ə) heyrətə gəldi. Allah mismarı dilə gətirdi.

Aydın dillə dedi: “Mən peyğəmbərlərin ən üstünü olan Muhəmməd ibni Abdullahın (s) adı iləyəm”.

Cəbrayil (ə) yerə endi. Nuh (ə) dedi: “Ey Cəbrayil! Bu mismar nədir ki, onun kimisini görməmişəm?”.

Cəbrayil (ə) deyir: “Bu peyğəmbərlərin sərvəri Muhəmməd ibni Abdullahın (s) adı ilədir. Onu gəminin qarşısının sağ tərəfindən vur”.

Sonra Nuh (ə) əlini ikinci mismara vurdu. O da parladı və nur saçdı. Cəbrayildən (ə) soruşur: “Bu mismar nədir?”.

Cəbrayil (ə) deyir: “Bu mismar Peyğəmbərin (s) əmisi oğlu və qardaşı, vəsilərin sərvəri Əli ibi Əbutalibin (ə) adı ilədir. Onu qarşı tərəfin sol hissəsindən vur”.

Sonra əlini üçüncü mismara vurur. Mismar parladı və nur saçdı. Cəbrayil (ə) deyir: “Bu mismar Həzrət Fatimənin (s.ə) adı ilədir. Onu atasının mismarının yanından vur”.

Nuh (ə) əlini dördüncü mismara atdı və parlayıb nur saçdı. Cəbrayil (ə) deyir: “Bu mismar Həsənin (ə) adı ilədir. Onu atasının mismarının kənarından vur”.

Nuh (ə) əlini beşinci mismara atdı, parlayıb nur saçdı və tərlədi. Cəbrayil (ə) deyir: “Bu mismar Hüseynin (ə) adı ilədir. Onu atasının mismarının yanından vur”.

Nuh (ə) soruşur: “Ey Cəbrayil! Beşinci mismarda olan bu tər nədir?”.

Cəbrayil (ə) deyir: “Bu, qandır”. Sonra İmam Hüseynin (ə) şəhid olmaq hekayəsini ona danışdı”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031