Həzrət Zeynəbdən (s.ə) bizlərə dörd örnək
Mьəllif: admin1
Tarix: 24-04-2016, 09:52
Həzrət Zeynəbdən (s.ə) bizlərə dörd örnək
Həzrət Zeynəbin (ə) bütün insanlar, xüsusən zühurun intizarında olan inanclılar zümrəsi üçün gözəl örnək olduğunu bildirdi.

Həzrət Zeynəb (s) dörd cəhətdən və səciyyəsi ilə qəlbləri 12–ci imamın gəlişinin həsrəti ilə döyünən dindar kəsimə nümunə və ülgüdür. Birincisi və ən əhəmiyyətlisi zamanənin imamını yetərincə tanımaqdır. Həzrət Zeynəbin (s) söylədiyi bütün xütbələr bu xətti izləyir və bu istiqamətə yönəldirdi. İmamət və dini rəhbərlik onun alovlu nitqində cəmiyyətin ölmüş bədəninə yeni ruhun üfürülməsi rolunu oynayırdı. O qəhrəman və alimə qadının sözü bu idi ki, niyə dövrünüzün imamını tanımır və onun üstünə qılınc çəkirsiniz?!

Zühuru gözləyən dindar cəmiyyətə verilə biləcək ikinci örnək Həzrət Zeynəbin (s) imamət və dini rəhbərliyi müdafiə etməsi və bu sahədə yorulmaz mübarizəsidir.
Xanım Zeynəb (s) zamanəsinin imamını xüsusi bacarıqla qoruyaraq əslində yerlə göy arasında vəsiləni, aləmin sütünlarını qoruyub saxladı.

Həzrət Zeynəbin (s) ibadəti onun bizlərə – intizar alovu ilə ürəkləri sinələrində alışan zümrəyə başqa bir örnəyi ola bilər.
Sonuncu səciyyə və insanlara örnək ola biləcək yüksək insanı keyfiyyəti isə o müqəddəs banu və müdrik xatunun səbri idi.

Höccətül - islam vəl - müslimin Əli Heydəri. \Şəbistan\
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031