Həzrət Zeynəb (s.ə) Aşura hadisəsində ifa etdiyi əvəzsiz rolu ilə göstərdi ki...
Mьəllif: admin1
Tarix: 27-01-2024, 10:29
Həzrət Zeynəb (s.ə) Aşura hadisəsində ifa etdiyi əvəzsiz rolu ilə göstərdi ki...
Aşura hadisəsində qanın qılınca qələbə çalmasının başlıca amili məhz Həzrət Zeynəb (s.ə) olmuşdur.

Həzrət Zeynəb (s.ə) Aşura hadisəsində ifa etdiyi əvəzsiz və görkəmli rolu ilə bütün insanlığa göstərdi ki, qadın mühüm tarixi hadisələrin kontekstində dura bilər.

Həzrət Zeynəb (s.ə) qadın hicabını, qadın iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirdi. Bu reallığın bariz nümunəsi o xanımın dövrün olduqca sərt şəraitində Kufə bazarında söylədiyi unudulmaz xütbədir.

Həzrət Zeynəb (s.ə) yüksək natiqlik qabiliyyəti və ustalıqla müsəlman cəmiyyətinin o dövrkü vəziyyətini dəqiqliklə analiz etdi, əziz İslam Peyğəmbərinin (s) və Həzrət Əlinin (ə) həyata keçirdikləri inqilabın təhlükə altında olduğunu bəyan etdi.

Həzrət Zeynəb (s.ə) öz xütbəsində açıqlayır ki, dövrün müsəlman cəmiyyətinin başlıca problemi camaatın inqilabçılıq iddiası edən fitnəkarları tanımaqda, haqqı batildən seçməkdə uzaqgörənlik nümayiş etdirməməsidir və bunun acı nəticəsi isə Peyğəmbər övladının – imam Hüseynin (ə) başının nizələrə taxılması olmuşdur.

Həzrət Zeynəbin (s.ə) Aşura hadisəsində, habelə bu hadisədən sonra oynadığı müstəsna rolu və davranışı bütün bəşəriyyət üçün, xüsusilə də müsəlman qadınlar üçün gözəl örnəkdir.

O mübarək xanım öz simasında qadınlıq hicabı, həya və iffəti ilə mömin-müsəlman şərəfini çulğalaşdırmaqla, əslində, qadının cəmiyyətdəki həqiqi məqamını və statusunu nümayiş etdirdi.

Bu günümüzdə pozğun Qərb dünyası qadın şəxsiyyətini təqdim etmək üçün yanlış və əxlaqsız metodlardan istifadə edir.

Qərb dünyası belə bir ideya aşılamağa çalışır ki, qadının gücü və böyüklüyü hicabı, iffəti bir kənara atıb şəhvətpərəst kişilərin qarşısında nazlanmaqdadır. Halbuki, bu, qadın üçün təhqiramiz bir işdir.


Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei

(Maide.Az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031