ALLAH TƏALANIN GÜNAHLARI GİZLƏTMƏSİ HARA QƏDƏRDİR?
Mьəllif: admin1
Tarix: 7-04-2016, 21:21
ALLAH TƏALANIN GÜNAHLARI GİZLƏTMƏSİ HARA QƏDƏRDİR?

Həzrət Əli (ə) buyurur: “Qorx, qorx (Allahdan)! Allaha and olsun ki, o qədər üstünü örtmüşdür ki, sanki səni bağışlamış və əfv etmişdir”. Allah Təala insanların eyblərini və günahlarını gizlədər. Allah insanı elə yaratmışdır ki, bir çox eyblərini gizlətmişdir. Məsələn, insanın daxili süfətləri kimi: paxıllıq, təkəbbür, eqoistlik - bütün bunlar gizlidir. Əgər insan elə yaradılsaydı ki, bu sifətləri zahirindən anlamaq olsaydı, həyatı onun üçün çox çətin olardı. Ancaq Allah eybləri gizlətdiyi üçün insanı elə yaratmışdır ki, bu eyblər gizli qalsın. Lakin Qiyamət günü bütün bunları insanın üzündən oxumaq mümkün olacaqdır.
Eybləri gizlətməyin faydası nədir?
1. İnsanların şəxsiyyəti və ehtiramı hifz edilər. Şəxsiyyətlilik insanın günaha batmağına mane olar. Əgər bir nəfər cəmiyyətdə günahkar kimi tanınarsa, özünü daha çox günaha batıracaqdır. Ancaq görəndə ki, günahını gizlədirlər, həya və xəcaləti mane olacaqdır ki, günaha batsın. İslam ona görə deyir ki, qeybət etmə. Çünki o zaman ki, rüsvay olar, abrı getdiyi üçün hər nə qədər bacarırsa, günah işlədər.
Uşaqların tərbiyəsi haqqında İslam deyir ki, onu təhqir etmə, vurma və demə ki, başa düşmürsən, şüursuzsan. Əksinə, uşağa şəxsiyyət ver ki, onun dəyərini başa düşsün.
2. İkinci faydası budur ki, İlahi imtahanın bünövrəsini möhkəmləndirər. İxtiyar və azadlıq günahların gülzənməsi ilə hifz edilər. Çünki əgər kiminsə bir günahı rüsvay olarsa, günah işlətməməsi rüsvay olmamasına görə idi. Əxlaqi və İslami üsullara sadiq olduğuna görə deyildir.

Allahın günahlarımızı gizlətməyindən gərək sui-istifadə etməyək. Xəyal etməyək ki, Allah bizi bağışlamışdır. Ola bilsin ki, bu İlahi əzabın başlanğıcı olsun. İmam Əli (ə) də həmin bu məsələni vurğulayır ki, ayıq olun, ola bilsin ki, günahların gizlənməsi heç də sizin bağışlanmağınız deyildir.
Allah Təala hər bir eybdən münəzzədir. İnsan gərək çalışsın ki, günahlardan münəzzəh olsun. Başqalarının abırını aparmasın və onların ancaq zəif cəhətlərini görməsin. Mömin insanın xüsusiyyətlərindən biri eyb gizlətməkdir. Çünki eyb axtarmaq çirkin sifətdir ki, möminlərdə olmur.
İnsan o zaman kamala çatar ki, öz eyblərini tanıyar və onu aradan qaldırmağa çalışar. Bu, o zaman mümkündür ki, insan əvvəl öz eyblərini tanıyar. İnsan öz eyblərini tanımadan onları aradan qaldıra bilməz.

İnsan bir neçə yolla öz eyblərini tanıya bilər.
1. Mühasibə yolu ilə. İnsan öz əməl və rəftarına nəzarət edər. Özü ilə haqq-hesab edər. Xüsəsən də əgər özünü saleh insanlarla müqayisə edə bilirsə, onların kamal xüsusiyyətlərini görərək, özündə olan çatışmamazlıqları aşkar edər.
2. İbrət götürmək. Əxlaqsız və düzgün olmayan insanların rəftarından ibrət götürərək, onların etdiklərinin əksini etmək insana dini, dinsizlərdən öyrənməyə kömək edər.
3. Yaxşı dostlarla oturub-durmaq. Yaxşı dostlarla ünsiyyət bağlamaq insan üçün çox faydalıdır. Xüsusilə də əgər bu dost sənə eyblərini söyləyirsə və sənə nəsihət edirsə. İmam Sadiq (ə) buyurur: “Mənim üçün ən sevimli qardaşım o kəsdir ki, eyblərimi mənə hədiyyə edər”. İmam Rza (ə) gününü dörd hissəyə bölmüşdü ki, onun bir hissəsini də qardaşları ilə ünsiyyət təşkil edirdi. O, buyurur: “Müəyyən saatı etimad etdiyin, eyblərindən səni agah edən və qəlbində sizə qarşı səfa bəsləyən qardaşlarınla gedib-gəlməyə və ünsiyyətə ayır”.
İmam Əli (ə) buyurur: “Başqalarının xatasından heç vaxt şad olma, çünki sən də həmişəlik xata işlətməkdən amanda deyilsən”. Həzrət (ə) başqa yerdə buyurur: “Hər kəs eyb axtararsa, hər kəs təhqir edərsə, cavabını eşidər”.
İmam Sadiq (ə) buyurur: “Eyb axtaran insanlar milçək kimidir ki, napak və çirkin şeylərin üzərinə oturar, çirkin işlərin və insanların eybləri ardıncadırlar. Onların yaxşılqılarını görməməzliyə vurarlar”.
Allahdan istəyirik ki, eyblərimizi bizə aşkar etsin və onları aradan qaldırmaq üçün bizə tofiq versin. (Tebyan)

Hazırladı: Məşhədi Xanım,
(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930