Sərvətinə görə sevinənin sonu
Mьəllif: admin1
Tarix: 5-06-2021, 10:27
Sərvətinə görə sevinənin sonu
Həyatda insana verilən hər bir imkan onun məsuliyyətini artırır. İnsan ona verilən sərvət və əmlaka görə, axirətdə sual qarşısında duracaq.

Məsuliyyətdən əlavə mal-sərvət insanın günaha sarı addımlamasında mühüm rol oynayır və onun günah etmə imkanlarını artırır.

Buna görə, sərvətli olmaq sevinc gətirməz. Onun bais olduğu sevinc hissi də müvəqqəti və aldadıcıdır.

Bu barədə Qüdsi-hədislərin birində maraqlı bir tövsiyə vardır.

Üsuli-Kafi əsərində yazılıb ki Allah Musa peyğəmbərə xitabən buyurur:

“Ey Musa sərvətin çoxluğu ilə sevinmə! Heç vaxt məni xatırlamağı unutma! Bil ki, mal-mülkün çoxluğu insana günahlarını unutdurar (nəticədə o məni xatırlaya bilməz) məni xatırlaya bilməyənin qəlbi də qəsavət bağlayar”.

Əxlaq alimlərinin fikrinə görə, qəlbin qəsavət bağlaması və onun mənəvi baxımdan qaralması kiçik günahlardan başlayır. İnsan günah etdikcə onun qəlbinə qara düşür.

Günah günah gətirər qaydasına əsasən qəlb tədricən qəsavət bağlamağa başlayır. Qəlbin günahla və nəfsin istəkləri ilə dolması Allah zikri və mənəviyyatın ordan çıxması ilə nəticələnir.

Beləcə də Allah qorxusu unudulur. Sərvət və mal-mülk günahlara açılan imkanlarına görə məsuliyyət gətirir və insan üçün bir ilahi imtahan rolunu oynayır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930