Günahların bağışlanması üçün tövsiyə olunan əməllər
Mьəllif: admin1
Tarix: 16-05-2022, 10:30
Günahların bağışlanması üçün tövsiyə olunan əməllər
Hər bir əşyanı ixtira edəni daha yaxşı tanıdığı kimi, bizi də yaradanımız daha yaxşı tanıyır. Bizə nələrin müsbət, nələrin mənfi təsir qoyacağından xəbərdardır.

Övladın anlamadığı halda, atasının onun xeyri və ziyanını gördüyü kimi. Övlad bıçaq istəyir, lakin ata bunun ona zərərli ola biləcəyindən xəbərdar olduğundan istəyini qəbul etmir.

Bizi yaradan varlıq bizə bəzi şeyləri haram edərək, onları günah adlandırıb. Günah insanın kamala çatmaq və inkişafının qarşısını alan amildir.

Lakin ağlımız hələ uşaq ağlı olduğuna görə bunu bəzən anlamırıq. Günahlardan tamamilə uzaq qalmaq olduqca çətin olsa da, qeyri mümkün deyildir.

Rəhmət sahibi olan Allah, günah etmiş şəxsə yalnışını düzəltmək üçün müəyyən yollar təqdim etmişdir. Ayə və hədislərdə toxunulan bu yollardan bəziləri aşağıdakılardır:

1.Vacib və müstəhəb namazların qılınması;

“(Ya Rəsulum!) Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.” (Hud surəsi, 114-cü ayə)

2.Allahdan bağışlanmaq istəmək (israrla)

Peyğəmbər (s): “Hər dərdin dərmanı olduğu kimi, günahın da dərmanı bağışlanma istəməkdir.” (Müstədrəkül-vəsail c 5, s 318)

İmam Sadiq (ə): “İnsan günah işi gördüyü zaman sübhdən gecəyə qədər (bəzi hədislərdə 7 saat qeyd olunur) ona möhlət verilər. Bağışlanma tələb edərsə günahı görməməzlikdən gəlinər.” (Kafi c 2, s 437)

İmam Rza (ə): “Dili ilə bağışlanma tələb etdiyi halda qəlbən etdiyi işdən peşman olmayan özünü ələ salmışdır.” (Biharul-ənvar c 75, s 356)

3.Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat göndərmək;

İmam Rza (ə): “Günahlarının bağışlanması üçün lazımı addımları ata bilməyənlər Peyğəmbər və ailəsinə çoxlu salavat göndərsin. Çünki bu iş günahları aradan aparır.” (Biharul-ənvar c 91, s 48)

Digər...

Bundan əlavə dini mətnlərdə günahların bağışlanması üçün bəzi xüsusi əməllər də tövsiyyə olunmuşdur. Məsələn; Şaban ayından oruc tutmaq, möminin kədərini aradan aparmaq, namaz üçün məscidə getmək, Quran oxumaq, imam Hüseynin (ə) müsibətinə ağlamaq, Peyğəmbər (s) və Əhli-beytinin qəbrini ziyarət etmək, Kəbə evinə baxmaq.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930