"Allah göylərin və yerin nurudur" (Hacı Rasim Məmmədovun cümə xütbəsi)-Video
Mьəllif: admin1
Tarix: 15-03-2016, 10:57
"Allah göylərin və yerin nurudur" (Hacı Rasim Məmmədovun cümə xütbəsi)-Video
Bismilləhir-Rəhmanir-Rəhim

“Nur” surəsinin 35-ci ayəsinin təfsiri

(35) اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونِةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُّورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَن يَشَاء وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.

اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ - Allah göylərin və yerin nurudur – çox gözəl və dərin mənalı bir ifadə!
Bu ifadəni dərk etmək üçün iki müqəddiməyə ehtiyac var;

a) “Nur” nədir və hnsı xüsusiyyətlərə malikdir?

1. Allah bu kəlmədə nəyi və kimləri iradə edir?

“Nur” kəlməsini təfsir alimləri bir neçə mənada açıqlayıblar, o cümlədən:

1. Qurani Kərim, yəni kitab mənasında. “Maidə” surəsinin 15-ci ayəsində buyurulur:
قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ
Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.

2. Iman. “Bəqərə” surəsinin 257.
اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır.

3. İlahi hidayət. “Ənam” surəsi, 122-ci ayə.
أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا
Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs.

4. İslam ayin və mədəniyyətləri. “Tövbə” surəsi, 32-ci ayə.
يُرِيدُونَ أَن يُطْفِؤُواْ نُورَ اللّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللّهُ إِلاَّ أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.

5. Şəxsən Peyğəmbərin (s) özü. “Əhzab” surəsi, ayə 46.
وَدَعِيًاا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُّنِيرً
Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən, aydın və nur saçan bir çıraq (olaraq göndərdik). (46)

6. Məsum imam və rəhbərlər. “Camieyi kəbirə” ziyarətində oxuyuruq:
“Allah sizi nurlar şəklində yaratdı ki, Onun ərşinin dövrəsinə toplaşmısınız”.

7. Elm. Məşhur hədisdə buyurulur: “Elm bir nurdur. Allah onu istədiyi şəxsin qəlbində qərar verər”.
Diqqət ediləsi məsələlərdən biri də “nur”un necəliyi və onun hansı xüsusiyyətlərə malik olmasıdır. Bu kəlmə haqqında mütaliə etsək, aşağıdakı bir neçə nöqtəyə çatarıq:

1. “Nur” maddi aləmdə ən gözəl və ən lətif mövcuddur, demək olar ki, bütün gözəlliklərin qaynağıdır.

2. Bütün alimlərin yekdilliklə söylədikləri nəzər budur ki, maddi aləmdə ən yüksək sürətə malik olan maddə “nur”dur. Belə ki, saniyədə 300 min kilometr məsafəni qət etmək gücünə malikdir. Bu isə Yer kürəsini 7 dəfə dolanmaqdır. Buna görə də kəhkəşanların və səma cismlərinin arasında olan məsafə “nur” sürəti (işıq sürəti) ilə ölçülür.

3. Kainatda olan cismlərin rəng və varlıqları “nur” vasitəsi zahir və müşahidə olunur.

4. Günəşin nuru bizim dünyamızda olan ən mühüm nurlardandır. Təbiətin və bütün canlı mövcudatın həyatda qalmaları məhz bu nura bağlıdır.

5. Bütün aləmdə mövcud olan enerjilər (atom enerjisi istisna olmaqla) Günəşin nurundan qaynaqlanır. Hətta küləyin hərəkəti, yağışın yağması, çayların və şəlalələrin axını, xülasə biraz diqqət etsək görərik ki, bütün diri varlıqların hərəkət etməsi Günəşin şüasına qayıdır.

6. Günəş nuru vasitəsilə dünyada olan mikroblar və zərərli varlıqlar məhv olurlar. Əgər Günəşin nuru saçmasaydı Yer kurəsi böyük bir xəstəxanaya çevrilərdi və onun bütün sakinləri ölümlə əlbəyaxa olardı.

Bu iki müqəddiməni nəzərə alsaq görərik ki, Böyük Yaradanın pak zatını anlamaq və anlatmaq üçün “nur” kəlməsindən başqa heç bir kəlmə ilə o mənanı ifadə etmək mümkün olmazdı (baxmayaraq ki, Allahın pak zatı misal və təşbihdən münəzzəhdir). Məlumdur ki, Allah nurdan da uca bir varlıqdır, sadəcə O vücudda nur da vardır.

Bəs demək olar ki: hər kəsin və hər şeyin nuraniyyəti Allaha yaxınlığına bağlıdır. Ona daha yaxın olan hər kəs və hər şey daha nuranidir.

Nəticə:

Quran kərim nurdur - Onun kitabı olduğuna görə,

İslam ayinləri (şəriət və mədəniyyəti) nurdur– çünki, Onun yoludur.

İlahi Peyğəmbərlər nurdurlar – çünki, Onun tərəfindən məbus olublar.

Məsum İmamlar nurdurlar – çünki, Onun dininin qoruyucusudurlar.

İman nurdur – çünki, Ona bağlanmanın rəmzidir.

Elm nurdur – çünki, Onun aşkar olunmağına səbəb olur.

Allah Göylərin və Yerin nurudur…

“Tövhid” kitabında nəql olunur ki, İmam Rza (ə)-dan bu ayənin təfsiri haqqında soruşanda o Həzrət (ə) buyurdu: “O, göylərin və yer əhlinin hidayət edənidir.”

Həqiqətdə hidayət etmək İlahi nurun xüsusiyyətlərindəndir və bu ayənin təfsirində və nur kəlməsinin izahında neçə dənə bənzətmə və izah təfsirçilər tərəfindən deyilibdir onların hamısı da doğrudur.

“Cövşən kəbir” duasının 47-ci (və ya 46) bəndində buyurulur:

1.Ey nurun nuru,

2. Ey nuru nurlandıran,

3. Ey nuru xəlq edən,

4. Ey nuru tədbirli edən,

5. Ey nuru müqəddər edən,

6. Ey hər bir nurun nuru,

7. Ey hər bir nurdan öncə olan nur,

8. Ey hər bir nurdan sonra qalan nur,

9. Ey hər bir nurun fövqündə olan nur,

10. Ey misli-bərabəri olmayan nur!


Səlman Farsi Peyğəmbər ailəsinin üzvlərindən və vəhy evinin yetirmələrindən sayılmışdır. O daim həzrət Peyğəmbər (s), Əli (ə), hətta həzrət Fatimədən (s) mənən qidalanmışdır. Səlmanın həzrət Fatimədən (s) əxz etdiyi biliklərdən biri də “Nur” duasıdır. Xanım Fatimə (s) atasından öyrəndiyi bu duanı hər sübh və axşam oxuyardı. O bu duanı Səlmana da öyrətdi. Səlman deyir: “And olsun Allaha, mən bu duanı Məkkə və Mədinənin mindən çox qızdırmaya tutulmuş xəstəsi üçün oxudum və onların hamısı şəfa tapdı.”

بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيمِ. بِسْمِ اللهِ النُّورِ، بِسْمِ اللهِ نُورِ النُّورِ، بِسْمِ اللهِ نُورٌ عَلى نُور، بِسْمِ اللهِ الَّذي هُوَ مُدَبِّرُ الأُمُورِ، بِسْمِ اللهِ الَّذي خَلَقَ النُّورَ مِنْ النُّورِ، الْحَمْدُ للهِِ الَّذي خَلَقَ النُّورَ مِنَ النُّورِ، وَاَنْزَلَ النُّورَ عَلى الطُّورِ، فِي كِتابٍ مَسْطُورٍ، رِقٍّ مَنْشُورٍ، بِقَدَرٍ مَقْدُورٍ، عَلى نَبِيٍّ مَحْبُورٍ، الْحَمْدُ للهِِ الَّذي هُوَ بِالْعِزِّ مَذْكُورٌ، وَبِالْفَخْرِ مَشْهُورٌ، وَعَلَى السَّرّاءِ وَالضَّرّاءِ مَشْكُورٌ، وَصَلَىّ اللهُ عَلى مُحَمَّدٍ وَآلِهِ الطّاهِرينَ

«Rəhim və Rəhman Allahın adı ilə.

1. Nur olan Allahın adı ilə.
2. Nurun nuru olan Allahın adı ilə.
3. Nur üzərində nur olan Allahın adı ilə.
4. Bütün işləri idarə edən Allahın adı ilə.
5. Nurdan nur yaradan Allahın adı ilə.
6. Nurdan nur yaradan,
7. Tur dağının üzərində Müqəddəs Kitabda (Tövratda),
8. Açılmış vərəqədə yazılan kimi, öz ölçü və miqdarında bilikli Peyğəmbərə (Həzrət Musaya (ə)) nuru (vəhyi) endirən Allaha həmd olsun.
9. İzzəti ilə xatırlanan, fəxrlə tanınan,
10. Həm xoşluqla (möminlər tərəfindən),
11. Həm də ikrahla (kafirlər tərəfindən) şükr olunan Allaha həmd olsun.
12. Ağamız Mühəmmədə və pak nəslinə Allahın salavatı olsun».

مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ
Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. (“Nur” surəsi, ayə 35)

Ayənin bu hissəsinin haqqında da təfsir alimləri çox geniş hikmətlər və mənəvi nöqtələr söyləyiblər. Lakin biz vaxta qənaət etmək üçün onların bir neçəsinə işarə etməklə kifayətlənirik.

1. “Rozeyi-kafi”, cild 8, səh. 379- kitabında İmam Sadiq (ə)-dan belə bir hədis nəql olunur: “Mişkat Peyğəmbərin (s) mübarək qəlbidir, misbah – elm və hidayət nurudur. Zucacə - Həzrəti Əlinin (ə) mübarək qəlbidir ki, Peyğəmbərin (s) rehlətindən sonra misbah o qəlbdə qərar tapdı”.

2. “Tohidi Səduq” kitabında Həzrət İmam Baqirdən (ə) nəql olunur: “Mişkat Peyğəmbərin (s) mübarək sinəsində qərar tapan elm nurudur. Zücacə - Həzrəti Əlinin (ə) sinəsidir. Nurun əla nur Ali Muhəmmədin (s) nəslindən bir-birindən sonra gələn məsum imamlardır ki, Allah onları elm və hikmət nuru ilə qüvvətləndiribdir. Bu mübarək zümrə Həzrət Adəmin (ə) zamanından başlayaraq davam edir. Bunlar Allahın Yer üzünə qərar verdiyi xəlifələr, və öz bəndələrinə höccətləridir. Heç bir zaman Yer üzü bunlardan xali olmayacaq”.

3. “Tohidi Səduq”, səh 152-də nəql olunur: “İmam Cəfər Sadiqdən (ə) bu ayənin haqqında soruşdular اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ - Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir.” O Həzrət (ə) cavabında buyurdu: “Bu misal Allah taalanın biz Əhli-Beytin (ə) haqqında buyurduğu misaldır. Peyğəmbər və imamlar Allahın dəlil və nişanələridirlər ki, camaat onların vasitəsi ilə tovhidə, İslam şəriətinə və onun sünnə və fərizələrinə yönəlirlər.”

4. “Nuri səqəleyn” kitabında (cild 3, səh. 602-603) İmam Sadiq (ə)-dan nəql olunur ki, mişkat Fatimeyi-Zəhradır (ə), misbah Həsən (ə), Zücacə isə Hüseyndir (ə).
Əlbəttə əvvəldə qeyd etdiyimiz kimi yuxarıdakı ayənin çox geniş mənası vardır. Və təfsir olunan mənaların hamısı onun aşkar mistaqıdır. Bunları nəzərə alsaq ayənin müxtəlif izahlarının arasında heç bir ziddiyyət yoxdur.
“Nur” surəsinin fəziləti
1-İbn Məskandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Namus və malınızı Nur surəsini oxumaqla qoruyun. Həmçinin öz xanımlarınızı onunla qoruyun, çünki, bir kəs bu surəni hər gün yaxud hər gecə oxumağa davam etdirsə, ölənə qədər öz ailəsindən heç bir kəs iffətsizliyə (əxlaqsızlığa) düçar olmaz, Dünyadan gedəndə yetmiş min Mələk onu qəbrinə qədər müşayiət edər, hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra onu qəbrə qoyarlar. (Yusif surəsinin 12-ci ayəsinə müraciət edin).
2-Allahun Rəsulu (s.ə.v.v) buyurdu: Allah Nur surəsini oxuyan kəsə keçmişdəki və gələcəkdəki möminlərin hamısının əcri qədər həsənə (savab) verər.

Hakim Əbu Əbdullah öz səhihində Ayişədən nəql edir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Xanımlarınızı evlərdə bekar saxlamayın, bəlkə toxuculuğu və Nur surəsini onlara öyrədin.

Hər kəs Nur sursini yazıb yatanda onu başına altına qoysa, həmin gecə möhtəlim (cunub) olmaz.

Əgər Nur surəsinin 35-ci aysini yazıb yuyub onun suyunu gözünüzə sürtsəniz, qaranlıq və zəifliyi aradan gedər.



Istifadə olunmuş ədəbiyyat:
1. “Əl-Mizan” təfsiri
2. “Nümunə” təfsiri
3. “Məcməul-bəyan” təfsiri
4. “Nurus-səqəleyn” kitabı






Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031