GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
Mьəllif: admin1
Tarix: 15-03-2016, 10:26
GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
Ahlibeyt.ge xəbər verir ki, ötən gün BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Qardabani şəhəri Mədəniyyət evində imamlar anası Həzrəti Fatimənin (s.ə) şəhadəti münasibəti ilə “Gündüzlər gecə olardı” adlı şəbih tamaşası səhnələşdirildi.
Bakıdan dəvət olunan “Müntəzir” teatr qrupu Allah elçisinin rehlətindən sonra cigər parasının ömrünün son əzablı günlərindən, Xanım Zəhraya (s.ə) qarşı edilən zülm və haqsızlıqdan bəhs edən tarixin səhifələrini bədii üslubda tamaşaçılara təqdim etdi. Qəmli tarixi məqamları əks etdirən tamaşa qaranlıq fəzada, qəmli musiqi tərtibatı və məddahların rövzə və mərsiyələri ilə tamaşaçıları kədərləndirərək maariflənmələrinə səbəb oldu.
Çıxışı zamanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi tamaşanın keçirilməsində zəhməti keçən və əməkdaşlıq edən təşkilat və şəxslərə də təşəkkür edərək minnətdarlığını bildirib.
Quran tilavəti ilə başlayan tamaşa söhbət və dualarla sona çatdı. Sonda iştirakçılara ehsan paylanıb.
Qeyd edək ki, “Müntəzir” teatr qrupunun bu tamaşası Marneuli şəhər Mədəniyyət evində də səhnələşdirilmişdi.

GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930