ALLAHIN HÜZURUNDA-Cümə xütbəsi
Mьəllif: admin1
Tarix: 20-02-2016, 13:25
ALLAHIN HÜZURUNDA-Cümə xütbəsi

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM


هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاء وَمَا يَعْرُجُ فِيهَا وَهُو مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

“Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.” (hədid surəsi-4)
Özümü və sizi insan evladını yeganə qurtuluş yolu olan, təqva yoluna çaqırıram.
Təqvanın hasil olması üçün isə bir neçə yol vardır, onlardan biridə bu ayədə deyilən göstərişə əməl etməkdir.
Əvvəldə oxuduqum ayənin tərcüməsi belədir: هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ (Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan)
Əvvəlki üç ayədə Allah taala üçün saydıqı 15- sifətə bu ayədə 5-sifət yenə əlavə edərək onun cəlal və cəmal sifətlərinə işarə edir.Varlıq aləmini 6 gündə yaranmasını Qurani-Kərim yeddi yerdə, Əvvəl “Əraf” 54-də sonra isə “Hədid” 4-də zikr edibdir. “Gün kəlməsinin haqqında təfsir alimlərinin fikirləri budur ki, gün kəlməsində məqsəd, dövran və zamandır. Bu dövran qısada ola bilər, çox uzun zaman və milyon illərdə ola bilər. Sadəcə Mutəal Allah başqa ayələrdə olduğu kimi buradada insanlar rahat anlasın deyə, onların öz üslubu ilə danışır, məsələn: misal vurur, təşbih edir və s.
ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ (sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur)
“Ərş bir çox mənalarda istifadə olunur, lakin ən çox kürsü mənasında işlədilib. Burada isə qüdrət və Allahın hakimiyyəti mənasını daşıyır. Yəni belə deyil ki, Allah varlıq aləmini yaradandan sonra onları öz başına buraxdı, əksinə aləmlərin tədbir və idarəçiliyi Onun qüdrət əllərindədir.
يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاء وَمَا يَعْرُجُ فِيهَا (O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir.)
(1) وَهُو مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

(Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.)
Həqiqətən bu ayəyə iman hissi “O həmişə bizimlədir” həm insana şücaət və şəhamət bəxş edir ki, insan tək və arxasız deyil, digər tərəfdəndə Onun hər yerdə hazir və nazir olması insanı məsuliyyətli olmaq hissini gücləndirir.
Həmçinin bu ayə insanın tərbiyəsində, təqvalı pak olmasında çox böyük rol oynayır. Buna görədə təfsir alimləri bu ayənidə “Came” ayələrindən olduğunu qeyd edirlər. Böyük islam Peyğəmbəri (s) buyrur: İnsanın imanının ən uca məqamı budur ki, Allahın həmişə onunla olduğuna inansın (Durrul-Mənsur c.6 səh.171).
Peyğəmbərin (s) zamanında Həbəşistandan satmağa bir qul gətirmişdilər. Gözəl əxlaqa sahib olan müsəlmanlardan biri bunu almışdır. Həmin qul müsəlmanların əməllərinə baxıb islamı qəbul etməyə həvəslənmişdi. Bir gün sahibinə dedi, məni Peyğəmbərin (s) yanına aparın, mən də islamı qəbul etmək istəyirəm. Bunu Peyğəmbərin (s) yanına gətirdilər ki, İslamı qəbul etsin. O qul Allah rəsulunun hüzurunda, O həzrətin mübarək cəmalına baxaraq dedi: “Əşhədu ənla ilahə illallah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah”
Sonra Peyğəmbər (s) buyurdu: İslamın təlimatından buna öyrədin. Müsəlmanlardan biri bu ayəni ona öyrətdi “İnnəs-saətə atiyətən la rəybə fiha” “Haqqında heç bir şəkk-şübhə olmayan qiyamət mütləq gələcək”(ğafir 59). O bu ayəni öyrənib getdi.
Bir neçə gündən sonra rəngi-ruhu qaçmış halda yenidən Peyğəmbərin (s) yanına gəlib dedi: Ya Rəsuləllah (s)! bu danışlanlar düzdür?
Allah Rəsulu: hansı danışlanlar?
Dedi: deyirlər Allah bizi görür, bizim bütün əməllərimizdən xəbərdardır?
Peyğəmbər (s) buyurdu: “ Yələmus-sirrə və yəxfa” nəinki əməllərimiz görür, sirrlərimizdə bilir, hətta sirlərimizdən gizli olanı da. Sirr ona deyərlər ki, o işi xəlvətdə görübsən sirrdən gizli isə o işlərə deyilər ki, onu görməyibsən sadəcə niyyətindən keçib.
Dedi: ya Resuləllah onda deyirsən mən indiyəcən nə iş görmüşəm Allah onları bilir? Peyğəmbər (s) buyurdu: Bəli.
Həmin şəxs dərin bir ah çəkərək dedi: Vay onda mənim halıma, mən biyabır olmuşam ki, bunu deyib yerə yıxıldı.
Müsəlmanlar onun üzünə su səpərək ayıltmağa çalışdılar. Lakin o adamın abır-həyadan ruhu bədəndən ayrıldı.
Səhl Şüştəri böyük ariflərdən idi. Onun halatında yazırlar: Bir gün buna dedilər: Səhl səni bu paklığa, bu məqama çatdıran nə oldu? Dedi: bütün həyatımı bir cümlə dəyişdirdi: “Ya Haziru-Ya Nazir” “Ey Allah ki, həmişə mənimlə varsan və məni bütün halarımda görüb müşahidə edirsən”. Dedilər necə ki? Səhl dedi mən uşaq idim, dayım gildə qalırdım.Dayım çox mömin və mənəvi insan idi. Mən bir gecə müəyyən bir iş üçün oyanmışdım. O işimi görəndən sonra gördüm dayım çox gözəl halda ibadət edir. Onun ibadəti sanki ruhumu nəvaziş edirdi. Oturub onun ibadətinə tamaşa edirdim.
Dayım ibadətini qurtarandan sonra mənə dedi: Oğlum niyə burada oturubsan, dur get yat. Məndə gedib yatdım.
Bir neçə gündən sonra yenə oyanmışdım, keçəndə gördüm dayım yenə öz ibadətindədir. Yenə əyləşib ona tamaşa etdim. Dayım ibadətini bitirdikdən sonra yenə məndən soruşdu. Oğul niyə belə baxırsan? Dedim dayı xoşum gəlir sənin bu halına. On O dedi: onda bir dəfə bu cümləni de: “Ya Haziru Ya Nazir”. Bu zikri deyib gedib yatdım.
Sabahkı gecə o zikirin eşqindən gözümə yuxu getmirdi. Gecə yarsı durub dayımın yanında dayandım. O namazını bitirdikdə sonra dedim: həmin zikri yenə mənə öyrət. O zikri dedi məndə təkrarladım. Ancaq dayım dedi balam gəl indi bu zikri iki dəfə de. Ondan sonra dayım ibadətə oyananda, məndə yuxudan durardım. O namazını bitirdikdən sonra təsbehi əlinə alardı deyərdi: “ Ya Haziru Ya Nazir” məndə onunla həm səda olub bu dolğun zikri təkrarlayardım.
Körpəlikdən mənim bu cümlə ilə ünsiyyətim və halımı dəyişdirdi.
Möminlər! böyüklərimiz bizə deyiblər Allahdan qafil olmayın, onu uzaqda görməyin. Bir an əgər hiss etsən ki, Allah mənimlədir dərhal görəcəksən ki, Allah səninlədir.
Bir gün Həzrəti Musa (ə) Pərvərdigardan soruşdu: “Əynə əcidukə ya Rəbb” “İlahi! səni harda axtarım? Harda tapım?
Cavab gəldi: Ya Musa “iza qəsədtə iləyyə fəqəd vəsəltə iləyyə” “Ey Musa sən məni istədiyin an mənə çatıbsan”
“Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.” (bəqərə 186)
Əxlaq Alimləri deyiblər, kim özünü Allah huzurunda görsə həmin şəxsdə bir neçə nuraniyyət və xüsusiyyət əmələ gələr.
(1) İnsan özündə əzəmət və şücaət görər.
Bu mənada ki, heç kəsin şəkki yoxdur ki, insan çox aciz bir varlıqdır. Lakin o yenilməz bir qüdrət sahibi olan Allaha təvvəkül edib, özünü O böyük varlığın yanında görəndə, özündə bir güc tapır, özünə etimad əmələ gəlir. Həmin şəxsdə qorxu aradan gedər, deyər mənim arxam Pərvərdigarımdır.

(2) İnsanda həya hissi yaranar, yaxud bu hiss çox güclənər.
Bir insan ki, özünü daim Allahın müşahidəsində görər və heç vaxt rahatçılıqla günah etməz. Hətta Peyğəmbərlərin və məsumların günahdan uzaq qalmaqlarının əsas amili kimi bunu göstəriblər ki, uca Tanırının baxışından həya edirlər.

(3) İbadətə sevgi və həvəs.
Bu hissi olan insan məhəbbət və ürək açıqlığı və çox rahatlıq ilə ibadət edər. Baxın görün biz nə qədər ibadət bilirik, hansı ki, onlar bizim dünya və axirət səadətmizdir. Lakin deyilən hiss bizdə zəif olduğuna görə onları yerinə gətirməkdə süslük göstəririk.

(4) Tək və tənhalığında sıxıntı yaşamaz və həmşə onda rahatlıq olar.
Bunu bizdən öncə yaşayan səhabə və övliyalar isbat etdilər. Əbuzər Ğəffarinin haqında hamımız eşitmişik. Bilirik ki, o həmişə doğru danışıb, həqqi tələb edərdi. Onun bu xüsusiyyəti zamanın hakimlərini çox incidirdi. Nəhayət bir gün xəlifə,
Əbuzərin “Rəbəzə” səhrasına sürgün edilməsi fərmanını verdi və tapşırdı ki, heç kəsin haqqı yoxdur ki, gəlib onunla görşüb onu yola salsın. Əbuzər bir qürbət və tənhalıqla qərar idi Mədinəni tərk etsin. Necə ki Allah rəsulu buyurmuşdu. Peyğəmbər (s) müharibələrin birinə gedəndə buyurdu: Kimin minik tədarükü yoxdursa bizimlə getməsin. Çünki yol uzaq olduğuna görə piyadalar ümumi qoşunun irəliləməsinə çətinliklər yaradar. Əbuzər özünü ora-bura vurub arıq və qoca bir dəvə tapdı. Allah rəsulu ilə birgə olsun deyə ölümün qucağına gedirdi. Yolun yarsında gördü dəvə getmir, səsini çıxarmadı ki, birdən Peyğəmbər (s) ona geri qayıt deyər. Yavaş-yavaş Əbuzər qoşundan dalda qaldı. Birazda çalışdı dəvəni hərəkətə gətirə, dəvə yıxılıb öldü. Əbuzər piyada yoluna davam etməli oldu.Qoşun bir yerdə düşərgə salmışdı. Birdə gördülər Əbuzər çox zəyifləmiş halda gəlib onlara çatdı. Peyğəmbər (s) Əbuzərə baxıb göz yaşı tökdü. Buyurdu: “Əbuzər tənha yaşadı, tənha qürbətə gedər, tənha ölüb, tənhada məhşərə gələr”.
Əlqərəz: xəlifənin qorxusundan Əbuzəri yola salmağa heç kim gəlməmişdi. Əbuzər tək qızı ilə evindən çıxanda gördü üç nəfər gəlir. Onlardan biri Əmirəl-möminin Əli (ə) digərləri isə Həsən (ə) və Hüseyin (ə) idi. Onlar Əbuzəri şəhərin kənarına qədər yola saldılar. Orada imam Əli (ə) Əbuzər ilə qol-boyun olub dedi: Əbuzər bu qürbət sənə çətin olar.
Dedi xeyr mövlam. Mən harada olsam iki şeylə ürəyim rahatlaşar.
Onlardan biri budur ki, hara da olsam Allah mənimlədir.
İkincisi siz Əhli-beytin (ə) xatirələridir. Sizinlə birgə olduğum günləri xatırladıqca ürəyim sərinləşir, təskinlik tapıram.
Sözümüz bu idi ki, əgər insan Allahla olsa müsibət, çətinlik və qəriblik ona rahat keçər.
Allahı öz əzəmətinə and veririk, bizədə daim Allah hüzurunda olduğumuzu hiss etməyi yaşatsın. Amin!


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031