Gürcüstan Ruhanilərinin Islamın üz qarası radikal təkfirçi qruplarla bağlı bənanatı
Mьəllif: admin1
Tarix: 5-01-2016, 20:53
Gürcüstan Ruhanilərinin Islamın üz qarası radikal təkfirçi qruplarla bağlı bənanatı
Bağışlayan və mehriban Allahın adı ilə

Dünyanın hər bir yerində baş verən, millətindən, irqindən və dinindən aslı olmayaraq insan qırğınlarına, terror və soyqırımlara, təcavüz və işğallara qarşı olduğumuzu bildirir, belə halları qətiyyətlə pisləyirik.
Eyni zamanda son zamanlar Gürcüstanda (Soğanlıq kəndində) törədilən qətl hadisəsi zamanı günahsız insan ölmündən narahatçılığımızı bildirərək qeyd eirik ki, ölkəmizdə heç zaman məzhəb qarşıdurması yaşanmamışdı. Müsəlmanlar ayrıseçkilik salmadan daim qardaşcasına bir arada dini ainlərini yerinə yetirib bir-birinin fəqrli ehkam və əqidəsinə dözümlülük nümayiş etdiriblər. Ancaq təəssüflə son zamanlar dünyada məzhəb davası salmaq istəyində olan mənfur siyasətə bilərəkdən və ya bilməməzlik ücbatından bəzi şəxslər dəstək olurlar. Nəticədə isə bir məntəqədə müsəlman ictimaiyyəti arasında qarşıdurma yaradıb, dini sabitliyi pozurlar.
Biz Gürcüstan hökümətinin aidiyyatı qurumlarından istəyirik ki, belə hadisələrin təkrarlanmaması və qarşısının alması üçün hüquqi müstəvidə tədbir görsünlər.
Şübhəsiz belə amansız zülmə səbəb olanlar İlahi məhkəmə, ölkə və beynəlxalq dünya qanunları qarşısında cavab verəcəklər.
İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi sülh və barışdolu bir həyatı insanlara təqdim etmək üçün göndərilmiş son dindir. Allah bütün insanları yer üzündə mərhəmətə, sülhə, şəfqət və barışa dəvət edir. Necə ki, müqəddəs İlahi kitab olan Qurani-Kərimdə Allahın yaratdığı bir insanı öldürmək bütün insanlığı və bəşəriyyəti öldürməyə bərabər hesab olunur.
Qeyd edək ki, dünyada din adından sui-istifadə edərək törədilən buna bənzər cinayətlərin İslamla heç bir əlaqəsi yoxdur. Necə ki, digər səmavi dinlərdə də terror və ekstremizmi yolverilməz hesab edilir.
Biz çoxmillətli və dinli ölkəmiz və dünyadakı müxtəlif dinlərin rəhbərlərini və inanclı mənsublarını bu sahədə diqqətli və həmrəy olmağa dəvət edir, dünyaya sülh, barış və əminamanlıq arzulayırıq.

Hörmətlə: Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi və Gürcüstan Ruhaniləri Heyəti


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930