Gürcüstan Ruhanilər Heyəti bütün dünya dövlətlərinin və ictimaiyyətinin Nigeriyadakı qırğınlar qarşısında susmalarını tənqid edirlər
Mьəllif: admin1
Tarix: 16-12-2015, 11:49
Gürcüstan Ruhanilər Heyəti bütün dünya dövlətlərinin və ictimaiyyətinin Nigeriyadakı qırğınlar qarşısında susmalarını tənqid edirlər
Gürcüstan ruhaniləri Nigeryada baş verən günahsız insan qırğını ilə bağlı bəyanat verir. Bəyanatda deyilir:
"Gürcüstan Ruhanilər Heyəti Zariyə şəhərinin Gilsa rayonunda Nigerya ordusu tərəfindən ölkənin müsəlman ictimaiyyətinə və ruhanilərinə qarşı həyata keçirilən qətliamı qətiyyətlə pisləyir, müsəlmanların hüquqlarının qorunmasını, Şeyx Zəkzakinin və digər ağır xəsarət alanların müalicə edilməsini və günahsız insan qırğınına səbəb olanların cəzalanmasını təlbəb edirlər.
Sözü gedən Afrika ölkəsində təfriqə salıb cinayət törədən təkfirçi qrupların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsinin vacib olduğu bir vaxtda günahsız sülh tərəfdarı olan dinc əhlibeyt ardıcıllarına silah çəkmənin arxasında mənfur qüvvələrin siyasəti olduğunu düşünürlər. Bu günə qədər heç zaman və heç bir yerdə cinayət törətməyən, daim məzlumun yanında olan əhlibeyt ardıcıllarını radikal təkfirçilər kimi təhlükəli göstərmək və bununla da ölkə və dünya ictimaiyyətini Əhlibeyt tərəfdarı olan müsəlmanlar haqda yanıltmaq, onları gözdən salmaq fikri gütdüyünü hesab edirlər.
Gürcüstan Ruhanilər Heyəti bütün dünya dövlətlərinin və ictimaiyyətinin Nigeriyadakı qırğınlar qarşısında susmalarını tənqid edərək qeyd edirlər ki, Avropa və okeanın o tayındakı Amierikada baş verən faciə ilə bağlı ayağa qalxan dünya bu gün heç mediada belə bu dəhşətli faciəyə münasibət bildirməməsindən çox təəssüflənirlər."
Qeyd edək ki, bir neçə gün öncə Nigeriya silahlı qüvvələrinin ölkədə Əhli-Beyt (ə) davamçılarının lideri olan Şeyx İbrahim Zəkzəkinin evinə hücum çəkərək onu və xanımını ağır yaraladı, oğlunu və 300-dən artıq müsəlmanı isə həlak etdi. Hələlik Nigeriya höküməti baş verənlərlə bağlı rəsmi heç bir açıqlama vermədi.
Şeyxin dörd oğlundan üçü isə keçən il Qüds günü mərasimində yenə Nigeriya ordusunun hücumu zamanı şəhid edilmişdi. Hal hazırda yaralı din xadiminin və bir neçə şəxsin haraya aparılmasından heç bir xəbər yoxdur. Allah yardımçıları olsun. Amin!
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və
Gürcüstan Ruhanilər Heyəti

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031