Hacı Rasim Məmmədovun cümə xütbəsinin tam mətni
Mьəllif: admin1
Tarix: 25-11-2015, 12:41
Hacı Rasim Məmmədovun cümə xütbəsinin tam mətni
Bismilləhir-Rahmənir-Rahim


Günahın insana təsiri

Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özümü və sizi təqvalı olmağa çağırıram.
Günün əsas mövzusu əcəldir.
Allah taala Qurani Kərimdə iki növ əcəlin olduğunu buyurub:
Müsəmma (adı olan əcəl)
Müəlləq (şərti, yaxud asılı)
Müsəmma əcəl adındanda məlum olduğu kimi heç zaman dəyişməzdir. Yəni, hər kəsin və hər şeyin əvvəl-axırı bəlli və qətidir. Bu haqqda Qurani-Kərimin bir neçə ayəsini dəlil gətirmək olar. O cümlədən, “Nəhl” 61, “Ali-İmran” 145, “Ənam” 2.

“Nəhl” 61
(61) Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər.

(61) وَلَوْ يُؤَاخِذُ اللّهُ النَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ لاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ
İkinci növ əcəl isə dedik şərti, asılı (əməllərin təsirindən dəyişən) əcəldir. Bu haqqda Allah taala “Fatir” surəsinin 11-ci ayəsində buyurur:

(11) Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır.

(11) وَاللَّهُ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا وَمَا تَحْمِلُ مِنْ أُنثَى وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
İmam Sadiq (ə) buyurur: “Naməlum (adsız) əcəl asılı və şərti haldadır. Allahın istəyi ilə tez və gec ola bilir”. Başqa bir hədisdə yenə o Həzrət (ə) buyurur: “İnsanlar öz ömürlərindən çox yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox öz günahlarının nəticəsində ölürlər.”
Yuxarıda zikr etdiyimiz ayə və hədislərdən aydın şəkildə məlum olur ki, insanların yerinə yetirdikləri xeyir əməllər və işlədikləri günahlar onların ömürlərinin miqdarında çox təsirlidir.
Yeri gəlmişkən insanın ömrünün uzanmasına səbəb olan amillərin bir neçəsini siz əzizlərə təqdim edirik:
Allahın Peyğəmbəri (s): «Həmişə dəstəmazlı ol ki, Allah ömrünü uzatsın.» (Kənzul-Ummal, hədis 43676)
Allahın Peyğəmbəri (s): «Kim ruzisinin çox və ömrünün uzun olmasını istəyirsə sileyi-rəhm etsin (qohumları ilə mehriban olsun).» (Müstədrəkul-vəsail, c.1, səh. 130, hədis 177)
İmam Əli (ə): «Kim qalmaq (əlbəttə, həmişəlik qalmaqdan söz belə gedə bilməz) istəyirsə, səhər yeməyini erkən yesin, yaxşı ayaqqabı geysin, öz borcunu azaltsın və qadınlarla az yaxınlıq etsin.» (Nəhcul-Bəlağə, hikmət 278)
İmam Baqir (ə): «Bizim şiələrimizə Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyi əmr edin. Çünki onun ziyarəti ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar.» (əl-Kafi, c. 2, səh. 82, hədis 3)
İmam Sadiq (ə): «Hər kim xoşniyyət olsa, ömrü uzun olar.»(əl-Kafi, c. 2, səh. 82, hədis 1)
İmam Sadiq (ə): «Kim ailəsi ilə yaxşı olsa, ömrü uzun olar.»(Biharul-Ənvar, c. 70, səh. 191.)
İmam Sadiq (ə): «Əgər Allahın sənin ömrünü uzatmasını istəyirsənsə, ata-ananı sevindir.»(Tənbihul-Xəvatir, c.1, səh.63)

«Biz ömrün uzun olması üçün qohumlarla gözəl münasibət yaratmaqdan başqa heç bir vasitə tanımırıq. Bu, uzunömürlü olmaqda o qədər təsirlidir ki, ömrünün tamam olmasına üç il qalmış insanın ömrünü həmin işi davam etdirdiyinə görə Allah-təala otuz il artırar, belə ki qalan ömrü otuz üç il olar. Ömrünün tamam olmasına otuz üç il qalmış insanın ömrünü isə sileyi-rəhimi tərk etdiyinə görə (qəti rəhim) otuz il azaldıb üç il edər.»
İmam Baqir(ə) və yaxud imam Sadiq(ə) (Ravi özü tərəddüd etmişdir) Müyəssər adlı bir şəxsə buyurdu:
-Deyəsən, qohum-əqrəbana qarşı mehriban və səmimisən. Onlara həmişə yaxşılıq edirsən?!
Müyəssər dedi:
-Bəli, mən cavanlıqda bazarda bir nəfər üçün işləyirdim. O mənə iki dirhəm muzd verirdi. İki dirhəmin birini bibimə, digərini isə xalama verirdim.
Sonra İmam(ə) buyurdu:
-Allaha and olsun! Ölümün iki dəfə yaxınlaşmışdı, lakin bu, sileyi-rəhiminə görə təxirə salındı.

İmam Sadiq(ə) buyurdu:
«Sileyi-rəhim qiyamət gününün sorğu-sualını yüngülləşdirir, ömrü uzadır və pis ölümdən qoruyur.»

Ömrün qısa olmasına səbəb olan günahlar aşağıdakılardan ibarətdir:
1.Valideyn qatili olmaq.
2.Sileyi-rəhmi qət etmək.
3.Zina. Allahın Peyğəmbəri (s): “Ey Əli! Zinanın altı nəticəsi var: üçü dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki, abır-həyanı aparar, ölümü tezləşdirər, ruzini kəsər. Axirət nəticələri isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.”
İmam Baqir (ə): “Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük: “Məndən sonra zina aşkarda olunacağına görə qafil ölümlər çoxalar.””
Allahın Peyğəmbəri (s): “İnsanın bədən üzvlərinin hər birinə zinadan bir bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası (naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası haram səslər eşitməkdir.”
Ümumiyyətlə, günahın insan üzərində böyük təsiri var. Ola bilər insan bunu üzərində hiss etsin ola bilər hiss etməsin. Çünki, günahın insanlara iki növ təsiri var: Əsəri vəzi (fiziki, cismi) və Oxrəvi təsiri.

Bu iki növ təsirin fərqi ondadır ki, birinin axirət əzabı var, digərinin isə təsiri insanın cisminə və dünyasınadır. Lakin hər ikisinin insan üzərində böyük mənfi təsiri var. Bunların birini digərindən ayıran başqa bir cəhət odur ki, kimsə gördüyü işin günah olduğunu sonradan anlayır, digəri isə bilə-bilə edir.
Misal üçün, susuz bir şəxs mayeni görüb su olduğunu güman edib içir, sonra anlayır ki, içdiyi şərab idi. Bu şəxs İlahi bir əzaba düçar olmaycaq, lakin istəməsə də sərxoş olacaq, çünki şərabın xüsusiyyəti məst etməkdir. Ancaq qəsdən şərab içən şəxs həm məst olacaq, həmdə İlahi əzaba düçar olacaq.
Başqa bir misal: bir şəxs bilmədən elektrik cərəyanının tellərindən yapışır. Digər bir şəxs isə bilərək intihar niyyəti ilə elektrik cərəyanına toxunur. Hər iki haldan elektrik cərəyanı öldürücüdür. Xeyir əməl və günah da belədir. Hər növ günahın özünə məxsus təsiri və bəlası vardır.
Həzrəti Rəsuləllah (s) buyurur: “İnsanlar yeni-yeni günahlar etdikcə Allah da onların ata-babalarının görmədiyi yeni bəla və xəstəliklərlə cəzalandırır.” Biz də şahidik ki, hər zaman keçdikcə təzə xəstəlik növü aşkarlanır və biz də deyirik ki, bu virus keçən illər mövcud deyildi.
Onun üçün İmam Rza (ə) buyurur: “Günahın növü artdıqca bəla və cəza növləri artır.”
Ümumiyyətlə məsumların hədislərinə söykənərək deyə bilərik ki, hətta insanların niyyətlərinə görə də savaba və ya cəzayə layiq görülürlər. “Möminin niyyəti əməlindən daha yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir.”
Səfər ayında olduğumuza görə, həmçinin ölkəmizdən onlarla möminin Ərbəin ziyarətinə çıxacağı bir məqamda söylədiyimiz fikrə dəlili elə Kərbəladan gətirmək istəyirəm.
Kərbəla şəhidlərinin ilk zəvvarı, Peyğəmbər səhabəsi Cabir ibni Abdullah Ənsari öz dostu Ətiyyə ilə birlikdə (bəziləri Ətiyyəni Cabirin xidmətçisi olduğunu deyiblər, bəziləri isə onun böyük alim və arif olduğunu qeyd ediblər) Kərbəlaya daxil oldular. Cabirin ömrünün son vaxtları idi, gözləri görmürdü.
Ətiyyə nəql edir ki, mən Cabirə kömək etdim Fəratda qüsl və dəstəmaz aldı. İmam Hüseyn (ə) qəbrinin kənarında əyləşdi üç dəfə nalə çəkdi: “Ya Hüseyn! Ya Hüseyn! -Ya Hüseyn!” Sonra başladı İmam Hüseynlə (ə) danışmağa “Ya Hüseyn dost-dostu çağıranda, dostu ona cavab verməzmi?” sonra başladı özü-özünə cavab verib danışmağa “Cabir, axı bu sənə necə cavab verə bilər bir halda ki, bunun başını bədənindən ayırıblar”. Ətiyyə deyir: Cabir bu sözləri deyə-deyə ağlayıb qəşş etdi. Gedib su gətirib onun üzünə səpib ayıltdım. O yenə başladı şiddətlə ağlamağa. Göz yaşları saqqalını isladıb yerə süzülürdü. Sonra Cabir şəhidlərin qəbrinə baxıb dedi: “Sizin hamınıza salam olsun! Siz Hüseynə kömək olmaq üçün öz yüklərinizi yerə qoydunuz. Mən şəhadət verirəm ki, siz namazı iqamə etdiniz (diriltdiniz) zəkat verdiniz, əmr-be-məruf edib nəhy-əz-münkər etdiniz. Şəhadət verirəm ki, dindən çıxmışlarla Allah yolunda cihad etdiniz. Siz yəqinə çatana qədər Allaha ibadət etdiniz. Məhəmmədi peyğəmbərliyə haqq olaraq seçən Allaha and olsun məndə sizin gördüyünüz işlərin (cihadın) savabına şərikəm.”
Ətiyyə deyir mən dözə bilmədim. Cabirdən soruşdum: Bu necə mümkündür bunların başını kəsib nizələrə taxıb səhraları dolandırılıblar. Ailələri əsir götürülüb. Biz bunların savabında necə şərik ola bilərik?
Cabir (rəh) buyurdu: “Həbibim, Rəsulullahdan belə buyurduğunu eşitdim: Hər kəs hansı bir dəstənin gördüyü işi sevsə onların əməllərində şərikdir”. Mən və mənim dostlarım niyyət etmişdik ki, həmişə Hüseynin yanında olub onunla bir yerdə şəhid olaq. Təəssüflə bu iş bizə mümkün olmadı.”
Biz Hüseynin haqq- qarşı tərəfin batil olduğuna inanırıq, buna da inanırıq ki, Allah bizi Hüseynçi kimi məşhur edəcək. Inşallah...
Günahda niyyət etmək də bu cürdür.

Əmirəlmöminin Əli(ə) xütbələrinin birində Saleh peyğəmbərlə Səmud tayfası arasında baş vermiş əhvalata toxunaraq buyurur:
“Camaat, adamlar arasında birlik yaradan (əqidə və məqsəddə insanları birləşdirən) razılıq və narazılıqdır. Saleh peyğəmbərin(ə) dəvəsini təkcə bir nəfər öldürmüşdü, amma bu əməlin cəzası bütün tayfaya şamil oldu, çünki qohumları da bu işin həyata keçməsinə razılıq vermişdilər. Allah-təala buyurur:
“Onu öldürdülər, lakin bəla nazil olandan sonra peşman oldular”.
Onların şəhəri yumşaq yerə hopan ərimiş dəmir kimi bir dəfəyə guruldayıb yerə çökdü. Bununla da öz xilaf əməllərinin cəzasını çəkdilər.” («Nəhcül-bəlağə», Feyzül İslam, xütbə - 192).
Başqa bir hədisdə Əbdüssəlam ibn Saleh Hərəvi adlı bir nəfər səkkizinci İmam Əli ibn Musa Riza(ə)-dan belə soruşdu:
- İmam Sadiq(ə)-in buyurduğu “Həzrəti-Qaim Mehdi Sahibəzzəman (əccələllahu təala fərcəhuş-şərif) zühur edəndə İmam Hüseyn(ə)-nin qatillərinin övladlarını atalarının bu cinayətinə görə öldürəcəkdir.” - hədisi barədə siz nə deyə bilərsiniz?
Həzrət buyurdu:
- Bu, elə belə də olacaqdır.
Soruşdum:
- Belə isə bəs “Qurani-Kərim”də buyurulduğu «Heç bir günahkar başqasının günahını daşımaz» - ayəsinin mənası nədir?
Buyurdu:
-Allahın buyurduğu kəlamların hamısı düzdür. Amma İmam Hüseyn(ə)-nin qatillərinin övladları öz ata-babalarının cinayətindən razı qalıb onunla fəxr etdiklərinə görə günahda onlarla şərikdirlər, çünki başqasının əməli ilə razı olan şəxs həmin əməli yerinə yetirən insan kimidir. Məğribdə yaşayan biri məşriqdə günahsız yerə öldürülmüş şəxsin qətlinə razılıq verərsə, Allah dərgahında bu cinayətdə qatillə birgə o da şərikdir. Həzrəti-Mehdi Sahibəzzəman(ə.c.f.ş) da İmam Hüseyn(ə)-in qatillərinin övladlarını öz əcdadlarının cinayəti ilə razı olduqlarına görə məhv edəcək.
Başqa bir hədisdə Peyğəmbər(s) buyurur:
“Başqalarının işi ilə razı olan şəxs əməldə onlarla şərikdir.”

Hədislərdə söylənildiyi kimi, möminin niyyəti əməlindən daha yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir.
“Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” («İsra» - 19).
Peyğəmbər(s) buyurmuşdur:
“Hər kim Allahdan sidq ürəklə şəhadətə yetməyi diləyərsə, Allah-təala onu evində vəfat etsə belə, şəhidlər məqamına yüksəldər.”
Həzrəti-Əli(ə) buyurur:
“......... Allah-təala bəndələrindən kimi istəyərsə, saf niyyəti və təmiz ürəyinə görə behiştə daxil edər.”
İmam Sadiq(ə) buyurur:
«Fəqir mömin bəndə deyər: «İlahi! Xeyir işlər görmək üçün mənə bir vasitə göndər.» Əgər Allah-təala onun bu diləyinin saf niyyətlə olduğunu görərsə, o xeyir əməlin əcr və savabını onun əməllər kitabçasına yazar. Həqiqətən, Allah-təala ehtiyacsız və kərimdir.”


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930