Gürcüstanda ilk dəfə İmam Hüseynə (ə) rozəni kim deyib ?
Mьəllif: admin1
Tarix: 31-10-2015, 12:25
Gürcüstanda ilk dəfə İmam Hüseynə (ə) rozəni kim deyib ?
Ötən gün 30.10.2015 Tarixində Cümə namazının imamı Hacı Rasim Məmmədov cümə xütbəsində Gürcüstan müsəlmanlarını maraqlandıran tarixi mövzulardan danışdı. Onlardan da biri müsəlmanların ilk dəfə miladi tarixlə 7-ci əsr Gürcüstan torpaqlarına gəlməsidir.
Hacı Rasim Məmmədov qeyd etdi ki "Miladi 7 əsrdə (miladi 646-647) Salman ibn Rəbieyi Bahilinin başçılığı ilə müsəlman qoşunları Gürcüstan torpaqlarına gəldi. Müsəlmanları xoş qarşılayan ev sahibləri müsəlmanlarla müqavilə bağlayıb sülhlə, razılıq əldə etdilər. Salmanın qoşununda olan Zübeyr rəvayət edir ki "Qan tökülmədən razılığın əldə olunmasına sevinən müsəlmanlar şadlıq edib sevindiklərində Salman ibn Rəbieyi Bahili buyurdu: Sevinməyiniz yaxşıdır lakin Peyğəmbər (s) bizə demişdi, özünüzü hər yerdə xərcləməyin Hüseynin (ə) qiyamına saxlayın və Hüseynə (ə) kömək edin.
Mən bu cür hiss edirəm ki ömrüm icazə verməyəcək ki Peyğəmbərin (s) istəyinə əməl edim. Siz cavansız və buna ömrünüz yetər" deyərək İmam Hüseynin (ə) şəninə rozə oxuyub ağladı."
Salman ibn Rəbieyi Bahili öz qoşunu ilə Gürcüstandan sonra Dağıstanın Bələnçər şəhərinə qədər fəth etdi. Xəzər xaqanları ilə olan döyüşdə şəhid edildi."
İmamın 7-nə təsadüf edən Cümə xütbəsində H.Rasim Məmmədov söhbətinin davamında buyurdu " Bu
hadisə bizə və başqalarına dəlil olur ki bu torpaqdakı İmam Hüseyn (ə) əzadarları sonradan peyda olmayıb. Bu gün Gürcüstan Hüseynçilərinin tarixi, Gürcüstan torpaqlarında olan islami adət ən-ənələr, İmam Huseynə (ə) axıdılan göz yaşları Peyğəmbərimizin dövrünə, 7-ci əsrə dayanır."

R.Musayev.
Mgeo.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031