Marneuli İmam Əli (ə) Məscidində cümə namazı qılındı
Mьəllif: admin1
Tarix: 3-10-2015, 12:42
Marneuli İmam Əli (ə) Məscidində cümə namazı qılındı

Gürcüstanın Marneuli Şəhərinin İmam Əli (ə) məscidində Cümə namazı ilə birlikdə Müsəlmanların "Qədir Xum" bayramıda qeyd olundu.
Gürcüstanda yaşayan müsəlmanlar üçün 2 Oktyabır xüsusi gün oldu. Buna səbəb isə eyni gündə iki mübarək günün bir birinə təsadüf etməsi idi. Müqəddəs Cümə günü və "Qədir Xum" bayramı. Bu iki mubarək günü Müsəlmanlar Marneuli İmam Əli (ə) məscidinə toplaşaraq sevinc gününü bərabər paylaşdılar.

Cümə namazı Məscidin Axundu və İmam Cümə Hacı Hacıyevin İmamlığı ilə yerinə yetirildi. Cümə xütbəsi zamanı İmam Cümə bir neçə əsas məsələlərə toxundu. İmam Cümə "Qədir Xum" bayramı haqınnda danışaraq Vilayətin və İmamətin dəyərləri haqqında möminlərə bilgilər verdi.

İmam Cümə Hacı Hacıyev Həcc mərasimi zamanı həlak olan Hacıların Ruhuna dualar oxuyaraq Səudiyyə rəhbərliyini Hacıların təhlükəsiziliyini təmin etməməkdə qınadı.

İmam Cümə xütbəsinin sonunda isə cəmiyyətdə yaşayan möminlərin içki mərasimlərində iştrak etməsini pisləyərək qeyd etdi ki, "Bir Müsəlman ki, özünə Muhamməd ümməti deyib Müsəlmanlığını dilə gətirirsə sonradan gedib Hz Muhamməd (s) peygəmbərin dediklərinin tam əksi olan şərabla özünə toy edib, İslamın əsas dəyəri olan ailə qurmağı haramla başlayırsa bu artıq böyük bir bəladır. Toy etmək, ailə qurmaq bu bir başa İslam Peyğəmbərinin sünnətidir. Toy edərkən süfrəyə şərab qoymaq qurulan həmin ailəyə bəla gəlməsinə səbəb olar. Bəla isə tək insanın cisminin həlak olması deyil. Mümkündür Allah insanın məənviyyatını əlindən ala ki buda insanın həyatı üçün ən böyük təhlükədir. Bəs necə ola bilər ki Müsəlman bu sünnəti harama və murdar şəraba döndərsin? Olmaz belə biz gərək bu cür bəlaları cəmiyyətdən yığşıraq və hər bir mömin oturub durduğu yeri dəqiqi bilsin"- deyə İmam Cümə çıxışının sonunda möminlərin nəzərinə çatdırıb.
Marneuli İmam Əli (ə) Məscidində cümə namazı qılındı
Marneuli İmam Əli (ə) Məscidində cümə namazı qılındı



Mgeo.ge

Ceyhun Muhammədli
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031