Gürcüstanın İmam Əli(ə) məscidində növbəti cümə namazı qılındı-Foto
Mьəllif: admin1
Tarix: 4-09-2015, 22:44
Gürcüstanın İmam Əli(ə) məscidində növbəti cümə namazı qılındı-Foto

Bu gün Gürcüstanda Marneuli şəhərinin İmam Əli (ə) məscidinin axundu və İmam Cüməsi Hacı Hacıyevin İmamlığı ilə Cümə namazı qılındı.

Ənənəvi olaraq bu gündə Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli(ə) məscidində Cümə namazı qılındı. İmam Cümə Hacı Hacıyev öz xütbəsinin birinci hissəsində möminləri təqvaya dəəvət etdikdən sonra Şeytanın insanı hansı əməllərlə öz tələsinə salması haqqında söhbətə açaraq, qeyd etdi ki, Şeytan insanı 3 əsas əməllə xüsusi olaraq öz tələsinə salaraq məhv edir:

1. İnsan özü ilə fəxr edib hər yerdə "Mən" sözünü işlədir yəni özü ilə fəxr edir.

2. İnsan öz əməlindən çox razı olar. Yani etdiyi balacavə ya yekə əməlindən razı olaraq özünü heçdə Allah dərgahında məsuliyyətli hiss etdmir.

3. İnsan günahı balaca hesab edər, yani elədiyi səhv əməlin pisliyini dərk eləməz və etdiyiyi o günahdan çəkinmək üçün tələsməz.

İmam Cümə xütbəsinin ikinci hissəsində isə cəmiyyətdə dindarları narahat edən bəzi əməllər haqqında danışaraq vurğuladı ki, gərək Mömin oturub durduğu yerlərə diqqət etsin və dindar bilməlidir ki o hansı məclislərdə otura bilər hansında yox. Bəzi Dindarlar əvvəl öz əməllərini düzəltsin sonra cihaddan və Kərbəla, Nəcəf və başqa müqəddəs yerlər haqqında danışsınlar. Bu gün dindarlar hələ özlərini düzəldə bilmirlər, Məscidə və Cüməyə lazımi dəyəri verə bilmirlərsə burda ciddi problemlər var və gərək o dindarlar öz əməllərini islah etsinlər-deyə İmam Cümə öz xütbəsini sonlandırdı.

Qeyd edək ki, bu gün Gürcüstanın Silahlanma və Texniki Təmir Bazasının hərbçiləri İmam Əli (ə) məscidinə gələrək məscidi ziyarət ediblər. Hərbi batalyonda xidmət göstərən Azərbaycanlı əsgərlər isə Cümə namazında iştrak edərək Namaz ainni yerinə yetiriblər. Hərbi Batalyonun Polkovniki Nikoloz Xelberaşvili isə bu ziyarət haqqında belə açıqlama verdi: "Biz hərbiçilərimizi tez tez məscidlərə və kilsələrə ziyarətə aparırıq və istəyirik ki, hərbçilərimizin mənəviyyatı güclü olsun özlərini rahat hesab etsinlər. Biz xüsusi zovq aldıq bu məscidə gəlməklə, bunu hərbçilərin gözlərində də görmək olar"-deyə Polkovnik Xelberaşvili Mgeo.ge-yə açıqlama verib. Sonda isə məscidin imam cüməsi ilə hərbçilər xatirə şəkili çəkdilər.

mgeo.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930