Gürcüstan imam Əli (ə) məscidində növbəti cümə namazı qılındı
Mьəllif: admin1
Tarix: 7-08-2015, 21:48
Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı


İmam Əli (ə) məscidində Gürcüstan “Əhli-Beyt (ə)” cəmiyyətinin sədri Hacı Rasim
Məmmədovun imaməti ilə cümə namazı qılındı. Hacı birinci xütbəsində həzrəti Yunisin (ə)
başına gələn hadisədən və Yunis (ə) balığın qarnında Allahla necə razu-niyaz etməsindən
danışaraq “Ənbiya” surəsinin 87-88-ci ayələrini misal gətirdi: “Və Zənnunu (balina yoldaşı
Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada
sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o,
üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: “(Ey
Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən
doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün)
zalımlardan olmuşam.”
İmam cümə bildirdi ki, “Doğrudur bu hadisə keçmiş zamanda baş verdi, lakin İlahi sünnət əbədi
və dəyişməzdir. Zamanımızda da hər kəs həzrəti Yunis (ə) kimi üçşaxəli (Tövhidə iqrar, Allahı
paklıqla yad etmək və öz günahlarını Allah qarşısında etiraf edərək dilə gətirmək) dua edərsə,
Mütəal Allah mütləq ona nəcat verər.”
Hacı Rasim ikinci xütbəsində həqiqi dindarlıqdan danışdı. "Bir çoxları iyirmi birinci əsri din və
mənəviyyat əsri adlandırıblar. Həqiqətən də bu proqnozlar özünü doğrultdu. Biz görürük ki,
dindarların sayı artmaqdadır, bunu müsbət bir hal kimi dəyərləndirmək olar, lakin bu hal
kütləviləşdikcə bu prosesin fəsadları da üzərə çıxır. Belə ki, dindən sui-istifadə etmək fikrində
olan imperialstlər bilirlər ki, insanları dindən döndərmək mümkün deyil, ona görə də onların dini
təfəkkürünə təsir edərək xaraktersiz dindarlıq, dinlərdə yeni cərəyanlar yaradıb təfriqə toxumları
əkdilər" "Sonra imam cümə əlavə etdi ki, Onlar xalqın həqiqi dindən və dini həqiqətlərdən uzaq düşməsini özləri üçün əlverişli
sayırlar. Çünki vahid bir ümmətin yaranması imperializmin sonu deməkdir.
Dediklərimizə şahid isə dünyada edilən terrorları, qətliamları və günahsız insanların məhv
edilməsini göstərmək olar".
İmam cümə vurğuladı ki, lakin belə də deyil ki, həmişə problemlərin qaynağını xaricdə axtarmaq
lazımdır. Daha təhlükəlisi yuxarıda qeyd etdiyimiz xaraktersiz dindarlığın formalaşmasıdır.
Bəzən bir dindarın səhv və əxlaqdan kənar əməllərinin zərəri din düşmənlərinin dinə vura
biləcək ziyanından daha artıqdır.

Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı

Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı

Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı

Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı

[center]Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı


Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı

Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı

Gürcüstan imam Əli (ə)  məscidində növbəti cümə namazı qılındı

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031