“Fitr” günü və “Ramazan” dərsləri
Mьəllif: admin1
Tarix: 25-06-2017, 09:35
“Fitr” günü və “Ramazan” dərsləri

Ramazan ayının sahibinin adı ilə.
Mübarək Ramazan ayının sona çatması və şəvval ayının birinci günü İslam ümməti üçün "fitr bayramı” günü kimi qeyd olunubdur. Fitr günü Möminlərin bir ay zəhmətlərinin mükəfatlandığı gündür. Məhz həmin gün, İlahi mələklər uca səslə deyərlər: "Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!” 

Rəvayətlərdə deyilir ki, həzrət Əli (ə) bir dəfə fitr günü xalqa buyurdu:"Ey xalq! Bu gün yaxşılar mükafat, pislər isə ziyan alır. Bu gün sizin qiyamətinizə ən oxşar gündür.Evlərinizdən çıxıb namaz müsəllasına gedərkən qəbirlərinizdən çıxacağınız günü yada salın. Namaz müsəllasında namazı gözləyərkən qiyamət günü Allah qarşısında dayanacağınızı yada salın. Evlərinizə qayıdarkən behiştə və ya cəhənnəmə dönüşünüzü yada salın.”

Bəli, Fitr bayramı günü Möminlərin bir ay ac-susuz, günah və haramlardan uzaq və hətta bəzi halallardan belə Allaha xatir uzaq olaraq, öz Məbudunun rizasını əldə etməyə çalışmalarının son günüdür. Fitr bayramı günü isə həmin əziyyətlərinin əcr və mükafatını əldə etmək üçün İlahi rəhmətə qovuşurlar. 

Bəli, Bu gün İslam ümməti üçün iki böyük bayramdan "Qurban” və "Fitr” biridir. İslam maarifi və Əhli-beytin (ə) mübarək sirələrində bu günlər həddən artıq çox diqqət yetrilməsi görünməkdədir. Hətta o günləri İslam Ümməti üçün Böyük bayram olaraq qeyd etmişlər. Fitr namazında oxunan qunut duası buna bariz şahiddir.

Amma biz İslam ümməti, bir ay ac-susuz qaıb, oruc tutaraq, bu mübarək aydan hansı faydaları götürdük, gecə-gündüz, dəqiqə və saatlarında necə istfadə etdik, ibadət və itaətə yaranmış bu ali fürsəti necə dəyərləndirmiş olduq! Ən əsası, min aydan üstün gecədə özümüzü bağışladıb bir illik müqəddəratımızı necə əldə etdik... 

Bu və bunun kimi suallara cavab tapmaq üçün öz nəfs və düşüncəmizə müraciyət edərək əvvəl özümüzü tanımalı sonra isə əldə olunması gərək olan dəyərlərin qiymətini bilərək dəyərləndirməliyik. 

Biz siz əzizlərin xidmətinə bir neçə "Ramazan ayından alınması gərək olan (etiqadi-əxlaqi-ictimai və fərdi) dərsləri " yetirərək Sizləri Allaha tapşırırıq. 
Ramazan dərsləri

1-Ramazan ayı və bu ayda oruc tutmağımız bizə bir növ TOHİD və tək Allahlıqla yanaşı, digər "İlahi sifətlərin” qəbulunu bizlərə öyrətdi. Məsələn bir oruclu şəxs əgər səhər "səhur” edib axşama kimi ac-susuz qalaırsa bu onda Tohid, Allahın əlim və şahid olması kimi bir çox sifətləri mənimsəyib tamam vucudu ilə inanmasına zəminə yaradır. Oruclu insan Allahın bu ayəsinə iman gətirərək hətta tək olanda belə yenə onu hazır, nazir və şahid bilir. "O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.” ( "Hədid” surəsi, 4-cü ayə).

2- Ramazan orucunun nəticəsi bizim qəlbimizdə və ruhumuzda təqvanın yaranmasıdır. Bir ay ərzində Müsəlmanlar oruc tutub namaz qılıb haramlardan uzaq olaraq, İlahi lütfün nəticəsində, günahlar qarşısında İlahi təqvanı qazanır. Mübarək aydan sonra gələn Ramazan ayına kimi həmin təqva nəticəsində nəfsi və şeytani istəklərinin qarşısında böyük və yenilməz bir sədd çəkərək, günahlardan uzaqlaşmaqı bacarır. 

3-Ramazan ayından öyrəndiyimiz dərslərdən biri də budur ki, aclıq və susuzluq çəkməklə aclar, məhrumlar və yoxsullar barədə fikirləşək. Necə ki Ramazan ayının gündüzlərinin duasında belə deyirik: "Ey mənim Allahım! Bütün yoxsulları varlandır! Ey mənim Allahım! Bütün acları doyur! Ey mənim Allahım! Bütün çılpaqları geyindir!” Bu dua yalnız oxumaq üçün deyil, hamının özünü yoxsulluqla mübarizəyə, məhrum və məzlumları uyğun vəziyyətdən çıxarmağa borclu bilməsindən ötrüdür. 
Yəni İslam dini Yoxsul və aclar qarşısında bir məsuliyyət hissi duyman üçün sənin özünü ac saxlayaraq, aclıq və çarəsizliyin nə olduğunu göstərir və səndən həmin yoxsullara yetişməni istəyib imanını kamilləşdirməni tələb edir. Hətta heç fasilə vermədən, Mübarək Ramazanın sona çatması ilə Fitrə zəkatını vacib edərək, biz Müsəlmanlardan yoxsullar və aclar mövzusunun nə qədər önəmli olduğunu vurğulayır. Necə ki, İmam Cəfər Sadiq (ə) Hədisdə hətta Namazdan belə öncə bu vəzifənin yerinə yetrilməsinin dəyəri haqqda belə buyurur: "Ən fəzilətli fitrə, bayram namazından öncə verilənidir. Bu şəkildə verilən fitrə "fitrə zəkatı” olur. Bayram namazından sonra verilərsə adi bir sədəqə sayılar” (Fitrə zəkatının savabı sayılmaz).
İmam Sadiq (ə):«Namaz peyğəmbərə (s) salam göndərməklə tamama yetdiyi kimi, orucun tamamlanmasının şərtlərindən biri zəkatdır, yəni "fitrədir". Belə ki, bir şəxs (Ramazan) ayının orucunu tutub, qəsdən fitrəni verməsə orucunun faydası olmaz.»

3 - Həddən artıq çox yeməyin və bir sözlə qarın qulu olmağın acı nəticələrini il boyu öz həyatımızda və digər insanların həyatında müşahidə etməkdəyik. Bir çox cismi xəstəlik və fəsadlar insanın çox və hesabsıs yeməsindədir. 
Necə ki, Allahın Peyğəmbəri (s) buyurur:«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.» Biz Bu mübarək ayda hesablı və az yeməklə həmi bədənimizi sağlam saxladıq, həmi də bunun insan cisminin sağlam olması üçün nə qədər önəmli olduğunu anlamış olduq. 

4 - Ac qalmağın İnsanın ruhuna və mənəvi tərəqqisinə nə qədər yararlı olması danılmaz bir faktdır. Necə ki, Allahın Peyğəmbəri (s) buyurur: «Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.» 
Eyni zamanda ac qalmaq və nəfsin olur-olmaz istəkləri qarşısında, dur demeyi bacarmaq səbəb olur ki, böyük və kiçik günahlar qarşısındada müqavim olaq. 
İmam Əlinin (ə) Bir hədisində oxuyuruq :«Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır.» yəni insanın tox olması bir çox günahlara meyl etməsinə aparıb çıxarır. 

5 - Ramazan ayının bir dərsi isə bizə Yardımlaşıb öz cinsindən olan insanlarla xoş rəftar edərək, onları incitməməyi və onlara xidmət göstərməyimzi öyrədir. Bunun örnəyi olaraq Ramazan gecələrində İftar süfrələrin təşkili və oruclu insanlara bir para xurma dənəsi olsa belə iftar verib onu xoşhal edərək doydurmaqı tövsiyə olunur.

Bu işi hətta oruc tutanın savabı və onun savabına şərik olmaq kimi qiymətləndirərək, bizlərə bu işin mübarək aydan sonra əməl etməyimiz üçün müxtəlif bəhanələrlə təkid edərək örnəklər verir. 

İlahiyyatçı Hacı Qurban Murquzov
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031