İmam Əli (ə) məscidində növbəti Cümə namazı
Mьəllif: admin1
Tarix: 11-04-2015, 18:32
İmam Əli (ə) məscidində növbəti Cümə namazı

Bu gün Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli (ə) məscidində İmam Rza (ə) mədrəsənin müdüri cənab Hacı Əziz Nəbiyevin imamlığı ilə cümə namazı qılınıb.
Hacı ilk xütbəsində "Kövsər" surəsi haqqında danışdı və bu surənin Hz Zəhra (s.ə) haqqında nazil olduğunu bildirərək deyib: "Dünyada kişilərdən kamala çatanlar çox olsada qadınlardan Hz Məryəm, Hz Asya, Hz Həvva və Hz Fatimədir (s.ə) və bu xanımların içində Hz Fatimə (s.ə) ən üstünüdür".

Hacı Əziz xütbəsinin davamında deyib: "Əgər bu gün Qərb qadınları həqiqətən bu ali məqam qadınları tanısaydılar özləri bu qədər aşağı səviyyəyə düşürməzdilər".

Hacı Əziz Nəbiyev ikinci xütbəsində imam Zamanın (ə) zühur əlamətlərindən danışıb. Və peyğəmbərdən axir zamana aid bu hədisi nəql edib- "Onlar İslam dinini təbliğ eləmiş kimi görsənəcəklər, amma İslamdan əsər əlamət olmayacaq. Müsəlman adlanacaqlar, amma müsəlmançılıqdan çox uzaqdırlar. Məscidlər tikəcəklər, amma içində hidayətdən xəbər olmayacaq. Alimləri, fəqihləri şərr insanlar olacaq. Bir dəstə qruplar çıxacaq üzləri insan simasında, amma qəlbləri şeytan şəklində. Yırtıcı bir heyvan kimi olacaqlar, qəlblərində rəhmətdən əsər əlamət olmayacaq. İnsanların çox rahat qanlarını tökəcəklər".

Cümə namazından sonra Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (UGMADİ) təşkilatçılığı ilə Hz Zəhranın (s.ə) təvəllüdü münasibəti ilə şirniyyat süfrəsi açılıb.
İmam Əli (ə) məscidində növbəti Cümə namazı
İmam Əli (ə) məscidində növbəti Cümə namazı


mgeo.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930